"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

116 yaşlı “Bəhlul” satirik jurnalı

19 May 2023 - 09:00
in CƏMİYYƏT, ÖNƏMLİ

115 il öncə bu gün Bakıda “Bəhlul” satirik jurnalı nəşrə başlayıb. Jurnalın adı xalq arasında məzmunlu lətifələri ilə məşhur olan Bəhlul Danəndədən götürülüb. “Molla Nəsrəddin” jurnalından sonra Azərbaycanda çıxan ilk satirik jurnallardan biri də “Bəhlul”dur. Dərginin cəmi 9 sayı işıq üzü görsə də, Azərbaycan mətbuatını və ədəbiyyatı tarixini öyrənmək üçün əhəmiyyətli mənbədir. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub. Jurnalın redaktoru M.Ə.Sabirin yüksək istedadını nəzərə alıb onu jurnalla əməkdaşlığa dəvət etmişdi. Şairin “Bəzi yerlərdə təsadüf olmur aşa, ətə”, “Mən belə əsrarı qana bilmirəm”, “Təraneyi-əsilanə” adlı satiraları ilk dəfə bu jurnalda çıxmışdı.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Həftəlik satirik jurnal Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə “Kaspi” mətbəəsində nəşr edilib. Ələsgər Əliyev Azərbaycanın görkəmli inqilabçı və maarifpərvər xadimlərindən biri idi. O, daim mətbuatda inqilabi-publisistik məqalələrlə çıxış edirdi.

Jurnalda “Teleqraf xəbərləri”, “Ümumi xəbərlər”, “Elan”, “Poçt qutumuz” və sair kimi rubrikalara və bəhri-təvil, felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir.

Burada Ə.Əliyev (“Bəhlul”), Ə.Razi (“Düdük”), M.H.Zeynalov (“Dərdmənd”) kimi müəlliflər ilə yanaşı, “Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”, “Heyrəti”, “Yuxulu”, “Bambulu”, “Tamaşa bağı”, “Fırıldaq”, “Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”, “Maryak”, “Carübüddövlə”, “Bitli bədən”, “Laübali”, “İpləmə”, “Zurnaçı”, “Şalvarün-Zakirin”, “Müahidi Qədim”, “Əqrəb”, “Qeydkeş” və sair gizli imzalardan da istifadə edilib.

Molla Nəsrəddin və Bəhlul Danəndə bənzərliyi

Harun ər-Rəşidin qardaşı olan Bəhlulun tarixi şəxsiyyət olmasına baxmayaraq o, Yaxın Şərqdə Molla Nəsrəddin kimi əfsanələşdirilmişdi. “Bəhlul” jurnalı da forma etibarı ilə də “Molla Nəsrəddin”ə bənzəyirdi. Jurnalın nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilirdi. Hər iki jurnalın əməkdaşları arasında sıx əlaqə yaranmışdı. “Bəhlul”un zəngin ədəbi-bədii tərtibatı var idi. Oxucuya satirik üslubda ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki vaxtı keçmiş adət-ənənələr, dövlət idarəçiliyindəki nöqsanlar, varlı-kasıb münasibətləri çatdırılırdı. Bakıda fəhlə hər?katına köməkdə, dövrün mühüm məsələlərinin işıqlandırılmasında, xalqın maariflənməsi uğrunda mübarizədə böyük xidmət göstərirdi.

Bir sözlə, 6 aylıq ömründə jurnalın misilsiz xidmətləri olmasına baxmayaraq, zamanın çətin sınaqlarına tuş gəldi, nəşri dəfələrlə dayandırıldı. Lakin irticanın təqibi “Bəhlul”u öz yolundan döndərə bilmədi. Onun “Camaata” adlı müraciətində “Molla Nəsrəddin”in bütün islam aləmində ən qabaqcıl ideyaları təbliğ etdiyi və məhz bu səbəbdən mürtəce qüvvələrin onu dağıtmaq, məhv etmək istədiklərini bildirdi. Jurnal “Oyanın! Oyanın!” – deyə xalqa xitabında “Molla Nəsrəddin”i qorumağa çağırdı.

Zəhmətkeş kütlələrin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırdığı üçün jurnal 9-cu nömrədən sonra “zərərli məsləkinə görə” dayandırıldı.

“Bəhlul” jurnalı yeni təqdimatda

2020-ci ildə Azərbaycan mətbuatının 145 illiyi münasibətilə “Bəhlul” jurnalı kitab formatında çap olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilib. 146 səhifədən ibarət kitab “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Böyük Britaniya Rusiya almazlarının idxalına qadağa qoyub

Next Post

Pentaqonla Ağ Ev üz-üzə: F-16 davasının səbəbi nədir?

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Pentaqonla Ağ Ev üz-üzə: F-16 davasının səbəbi nədir?

Pentaqonla Ağ Ev üz-üzə: F-16 davasının səbəbi nədir?

G7 Rusiyanın maliyyə sisteminə çıxışını sərtləşdirəcək

G7 Rusiyanın maliyyə sisteminə çıxışını sərtləşdirəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.