Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sabah Şəriəti (130 kq) Bakı-2015 I Avropa Oyunlarının gümüş medalına sahib çıxıb.
Komandamızın ən ağır çəkili güləşçisi Sabah Şəriəti finalda türkiyəli Riza Kayaalpla görüşüb. Şəriəti əvvəlki uğurlarının davamını gətirə bilməyib və gümüş medalla kifayətlənib. Bu, klassiklərimizin 6-cı, yığmamızın 13-cü mükafatı olub.
Qeyd edək ki, idmançımız 1/8 finalda Mikola Kuçminə (Ukrayna) 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib – 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) 5:0 qalib gəlib.
Bununla da Azərbayan yunan-Roma güləşçiləri Oyunları 2 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurublar. Ümumilikdə isə bu, təşkilatçı ölkənin aktivinə yazılan 13-cü medal olub.




