"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

13 minlik maşın 36 minə başa gəlir… – Kredit labirinti

09 Yanvar 2016 - 23:02
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Müştərilər birləşib kütləvi şəkildə məhkəməyə, dövlət orqanlarına müraciət etsin”

Dəyəri 13 min 300 manat olan bir avtomobil vətəndaşa necə 36 min manata başa gəlir? Qəbələ sakini Azər Zeynalov indi bunun üstündə baş sındırır. 2013-cü ildə alıb 3 min 300 manatını nağd ödədiyi, yerdə qalan məbləği 5 illik kreditə bağladığı və indi əlində çar-naçar qaldığı avtomobilini neyləsin? Avtosfer.az Azadliqradiosuna istinadən xəbər verir ki, Azər Zeynalovun manatla aldığı avtomobilin kreditini bank ona dollarla ödəyib: «O vaxt dedim ki, «maşını manatla alıram, niyə müqaviləni dollar ödənişi ilə bağlayırsınız?» Nə qədər elədim, dəyişmədilər, o vaxt da 1 dollar 78 qəpik idi deyə, daha dərinə getmədim».

Azər Zeynalovun iki il əvvəl «dərinə getmədiyi» məsələ indi onun özünü «dərinliyə salıb». AzadlıqRadiosuna üz tutan Qəbələ sakini krediti bankların birinin Şəki filialından alıb, 5 illiyə hər ay 356 dollar ödəməsi şərti ilə müqavilə bağlayıb və 18 ay hər ay banka ovaxtkı məzənnə ilə 285 manat ödəyib: «Birinci devalvasiya olanda banka getdim, mübahisə-müzakirə, axır razılaşdıq ki, müqavilədə hər ay ödəyəcəyim məbləğ 285 dollar olsun, o vaxt 1 dollar 1 manat idi. Ancaq onlar buna o şərtlə razı oldular ki, mənim ödədiyim 18 ayı ümumi 60 aydan (5 illik) çıxdılar, üstünə 24 ay gəldilər. Yəni bundan sonra mən 66 ay kredit ödəməliydim. İndi isə dollar qalxıb və demək mən hər ay təxminən 420 manat ödəməliyəm».

Azər Zeynalov deyir, birinci devalvasiyada da tələb edib ki, borcu manatla göstərilsin, amma bank rəhbərliyi buna razılaşmayıb. İkinci devalvasiyadan sonra isə bankdan ona təklif edilib ki, borcunu ödəyə bilmirsə, bank maşını satıb krediti bağlasın: «Amma bu maşın neçəyə satılacaq ki, krediti bağlasın? Bank bunu bilir, ona görə də deyir ki, əgər maşının pulu krediti ödəməsə, yerdə qalan borcu sən ödəyəcəksən».

Bankdan məsələni şərh etmək istəməyiblər. «Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə verilir» – bankdan AzadlıqRadiosuna bildirilib.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, indi bu cür hallarla üzləşən təkcə Azər Zeynalov deyil: «Belə misallar çoxdur. O vaxt kredit veriləndə bank vətəndaşı aldadıb. Heç bir dəlil-sübuta ehtiyac yoxdur, çünki kreditin məqsədi maşının alınması olub. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində bütün alqı-satqı əməliyyatları manatla aparılır. Bank da yaxşı bilirdi ki, ona dollar yox, manat lazımdır. Amma bank vətəndaşı aldadıb».

Əkrəm Həsənov deyir ki, aldatma faktı vətəndaşa məlum olan andan 1 ilə qədər onun məhkəməyə müraciət etmək və müqavilənin etibarsız sayılması üçün iddia qaldırmaq imkanı vardı. Hüquqşünas hesab edir ki, bu imkan Azər Zeynalovun əlindən çıxsa da, məhkəmə perspektivi var: «Müştəri birinci devalvasiyadan sonra da aldadılıb. Bank əslində müştəriyə heç bir güzəştə getməyib, onun pul ödədiyi ayları faktiki silib, müddəti də artırıb. Faktiki müştərinin bank qarşısında öhdəliyi artıb. Güzəşt o vaxt ola bilərdi ki, ödəniş valyutası manatla göstərilərdi».

Hüquqşünas Azər Zeynalova İqtisadiyyat və Sənaye Nazirliyinin antiinhisar xidmətinə müraciət etməyi məsləhət bilir: «Bu aldatmaya görə vətəndaş bankı məhkəməyə verə bilər, amma tövsiyəm budur ki, tək yox, özü kimi banklara aldanan müştərilərlə birləşib kütləvi şəkildə məhkəməyə, dövlət orqanları müraciət etsin».

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputatdan nazirliyə sərt ittihamlar – “Süni qiymət artımına şərait yaradırlar”

Next Post

`Süni bahalaşmaya son qoyulmalıdır` – İlham Əliyev

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Süni bahalaşmaya son qoyulmalıdır` - İlham Əliyev

`Əli Kərimli, sən kimsən?` - Müsavatdan etiraz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.