"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

13 şəhər və rayon icra hakimiyyətlərində ciddi maliyyə nöqsanları aşkarlanıb

08 Aprel 2015 - 11:39
in MANŞET
46a4a148fbac7472b24190a248fb9eb7Azərbaycan Hesablama Palatası Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

APA-nın məlumatına görə, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə – smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib. Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, istilik, kanalizasiya sistemlərinin sınağının keçirilməsi barədə müvafiq akt tərtib edilməyib. Qüvvədə olan qanunvericiliyə əsasən, investisiya xərclərinin dövlət orqanlarının və müəssisəsinin aktivlərinin artırılması üçün nəzərdə tutulan xərc kimi müəyyən edildiyi halda, əsaslı tikintiyə və əsaslı təmirə yönəldilmiş vəsait hesabına yaranan əsas fondların müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlərə baxış zamanı bir sıra hallarda quraşdırılmamış mebel və avadanlıqlar, həmçinin yerinə yetirilməyən tikinti – quraşdırma işlərin qəbulu haqqında aktlara daxil edildiyi müəyyən olunub.

 

Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində, bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinə göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətindən (RİH) verilən cavabda üç obyekt üzrə yerinə yetirilməmiş 27364,91 manat məbləğində tikinti işlərinin yerinə yetirildiyi, iki obyekt üzrə podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş tikinti – quraşdırma işləri hesabına 201,4 min manat məbləğində debitor borcun bağlandığı və baş memara xəbərdarlıq edildiyi bildirilib. Ağstafa RİH-dən verilən məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməmiş 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib. Eyni zamanda bununla bağlı 3 nəfər, o cümlədən İcra Hakimiyyətinin birinci müavininə, 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edilib. Goranboy RİH-dən baş verən nöqsanlarla bağlı tədbirlərin görüldüyü və 1 böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Masallı RİH-dən verilən məlumatda 9 obyekt üzrə yerinə yetirilməmiş işlərin görüldüyü və nöqsanlarla bağlı 2 nəfərin, o cümlədən 1 şöbə müdiri və 1 aparıcı məsləhətçinin tutduğu vəzifədən azad edildiyi qeyd olunub. Neftçala RİH-dən verilən məlumatda da podratçıya artıq ödənilmiş 21211,73 manatın dövlət büdcəsinə bərpa edildiyi və nöqsanlara görə 2 orta məktəb direktoruna töhmət verildiyi, RİH-in baş mühasibinə və 1 aparıcı məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib. Hacıqabul RİH-dən baş verənlərlə bağlı tədbirlərin görüldüyü və nöqsanlara görə baş mühasibə xəbərdarlıq edildiyi qeyd olunub. Gədəbəy RİH-dən verilən məlumatda da baş vermiş nöqsanlarla bağlı tədbirlərin görüldüyü və böyük məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib. Şirvan RİH-dən verilən məlumatda 1 obyekt üzrə yerinə yetirilməmiş 30160,8 manat məbləğində tikintinin, 5 obyekt üzrə yerinə yetirilməyən 17164,2 manat məbləğində dəyərinin dövlət büdcəsinə bərpa olunduğu göstərilib. Zərdab RİH-dən verilən məlumatda da 2 aparıcı məsləhətçiyə töhmət verildiyi, baş mühasibə və böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Şəmkir RİH-dən verilən məlumatda isə 1 böyük məsləhətçi və 1 mühəndisə töhmət verildiyi, baş mühasibə və baş məsləhətçiyə xəbərdarlıq edildiyi qeyd olunub.

 

Qeyd edək ki, hesabat aprelin 14 – də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan nefti 3 dollar bahalaşıb

Next Post

Çexiya prezidenti Azərbaycana gəlir

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Çexiya prezidenti Azərbaycana gəlir

20 obyektdən 19-da nöqsanlar aşkarlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.