Nigeriya polisi “şəhid kəməri” geydirilmiş 13 yaşlı qızı saxlayıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ətrafdan keçənlər məlumat
veriblər və bundan sonra polis bədəninə terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar edib.
veriblər və bundan sonra polis bədəninə terror aktına hazır vəziyyətdə olan partlayıcı bağlanmış uşağı aşkar edib.Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları potensial kamikadzeni iki qadının Kano şəhərindəki bazarda özlərini partlatdıqdan bir neçə saat sonra saxlayıblar.
Analoji hadisə Nigeriyada bu ilin iyununda baş vermişdi. O zaman Katsina ştatında 10 yaşlı qızcığaz üzərində “şəhid kəməri” ilə tutulmuşdu. (Musavat.com)



