"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

28 İyun 2020 - 13:47
in MANŞET

“Bütün bunlardan sonra yenə də məsuliyyətsizcəsinə deyirlər ki, müharibəyə başlasaq Rusiya qarışmayacaq…”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az -ın suallarını cavablandırıb:
– Qüdrət bəy, son vaxtlar ziyalıların ölkənin ictimai-siyasi həyatında aktiv iştirak​ ​etməmələri ilə əlaqədar tənqidi fikirlər səslənməkdədir.
​- Dilimizdə ziyalı sözü latın sözü olan​ ​ “intelligensiya” sözünün qarşılığıdır. O şəxslər ziyalı hesab olunur ki, onlar ali təhsillidirlər, əqli (zehni) əməklə məşğul olurlar, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə mədəniyyətin və siyasətin formalaşmasında yaxından iştirak edirlər. Adətən tanınmış yazıçılar, artistlər, alimlər istimai-siyasi həyatda fəal iştirak​​ edirlərsə onlar ziyalı hesab olunurlar. Ona görə də biz ziyalıların passivliyindən yox, onların sayının az olmasından gileylənə bilərik.
​Amma ədalət naminə onu da qeyd edim ki, heç bir siyasi qüvvə, yaxud siyasətçi o iddiada olmamalıdır ki, ziyalılar onun kimi düşünməli, məsələlərə onun kimi münasibət bildirməlidirlər. Bəzən susqunluq etirazın və ya təqdirin ifadə forması ola bilər. Bu zaman hər kəs, ittihamlardan öncə, baş verənləri dərindən təhlil etməli, müvafiq nəticələr çıxarılmalıdır. O cümlədən niyə ziyalılarımızın sayı azdır sualına da cavab axtarılmalıdır.
​- Qüdrət bəy, Tofiq Zülfüqarov tez-tez Qarabağda yeni savaşın baş vermə ehtimalının yüksək olmasından danışır. Siz necə düşünürsünüz?​
​- Tofiq bəy xarici işlər naziri olub və gözəl anlayır ki, hal-hazırda dediklərinin heç bir əsası yoxdur. Rusiyanın razılığı olmadan müharibə etmək çox risklidir. Ona görə də belə bir razılıq olmadan bizim hökumət heç vaxt müharibə etməz. 2016-cı ilin aprel savaşı mənim dediklərimin təsdiqidir. O zaman onlarla qəhrəman zabit və əsgərimizin qanı bahasına düşmənin müdafiə xəttini yardıq, amma nə baş verdi? Rusiya müdafiə naziri Şoyqu Zakir Həsənova zəng etdi ki, dayanın. Bütün bunlardan sonra bəzi adamlar məsuliyyətsizcəsinə təkrar – təkrar bəyan edirlər ki, biz müharibəyə başlasaq Rusiya qarışmayacaq, çünki beynəlxalq hüquq bizim tərəfdədir. Amma demirlər ki, beynəlxalq hüquq bizim​ ​ tərəfdə ola-ola cuppulu Ermənistan necə torpaqlarımızın 20 %-ni 30 ilə yaxındır işğal edib. Rusiyanın​ ​ Qarabağ siyasəti dəyişməyib. Ona görə də mən zaman-zaman Qarabağın azadlığı üçün forpost adlandırdığımız Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmağı təklif edirəm. Petrosyan  getdi, Köçəryan gəldi, o getdi Sarkisyan gəldi, sonra Paşinyan gəldi, nə dəyişdi? Heç nə. Rusiyanın və erməni xalqının razılığı olmadan Ermənistanda heç bir lider bu problemin ədalətli həllinə dair qərar qəbul edə bilməz. Əks halda 1999-cu ildə palamentdə baş nazirlə spikeri publik edam etdikləri kimi onu da edam edərlər. Qarabağı​ ​azad etmək üçün biz Rusiyanı razı salmalı, erməni xalqını isə döyüş meydanında məğlub etməliyik. İşğala son qoymağın böyük risksiz başqa yolunu görmürəm.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputatlarımızdan xarici dillərdə ən çox vikipediyası olan kimdir? (FOTO)

Next Post

Cahandar BAYOĞLU: Dövlətin adı-İrəvan Türk Dövləti, dilimiz-Türk dili olmalı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Cahandar BAYOĞLU: Azərbaycan dövlətinin varlığı, dağıdıcılığı, qisasçılığı, qarşıdurmaları, İntiqam hisslərini rədd edir

Cahandar BAYOĞLU: Dövlətin adı-İrəvan Türk Dövləti, dilimiz-Türk dili olmalı

Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.