“15 oktyabr 2003-cü ildə prezident seçildikdən sonra İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və millətimizin keçdiyi yolun başlıca yekununu aşağıdakı iki tarixi fotoşəkil özündə əks etdirir”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı FB hesabında qeyd edib:
“Ancaq millətimizin bu istəyinə asan nail olunmadı. Ondan ötrü dövlət başçımız qədim və zəngin dövlətçilik tariximizdə aşağıdakı bir sıra ilklərə imza ataraq Azərbaycanı:
- Güclü dövlətə çevirdi;
*Borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevirdi;
*Sivilizasiyalararası dialoq məkanına çevirdi; - Nəqliyyat-kommunikasiya mərkəzinə çevirdi;
- BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdirdi;
- Eks-prezidentlər haqqında qanunun qəbul edilməsi ilə dövlətçilik tariximizə yeni mədəniyyət gətirərək milli bilriyimizi möhkəmləndirdi;
- Kosmik klubun üzvü etdi;
- Böyük neft və qaz ixrac kəmərlərini reallaşdırmaqla dünya üçün vazkeçilməz ölkə etdi;
- Sübut etdi ki, dövlətin böyüklüyü və nüfuzu təkcə ərazisinin həcminin böyüklüyü və əhalisinin sayının çox olması ilə ölçülmür. Ərizicə kiçik, əhalisinin sayına görə az olan dövlət də böyük işlər görə bilər;
- Azərbaycanı Böyük Dövlət etdi;
- Torpaqları təcavüzkar Ermənistanın işğalından qurtararaq Azərbaycanın, millətinin başını uclatdı;
- Hərbi Qənimətlər Parkı yaratdı;
*Türk dünyasının qarşısında yeni üfüqlər açdı;
*Göstərdi ki, millətin qarşısına qoyduğu hədəflərinə çatmasının təməlində sabitlik, yenilik, inkişaf, güclü dövlət, vətənpərvərlik və qüdrətli dövlət rəhbəri amilləri dayanır”.
Şayəstə






