
“Bu gün dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.
“Təəssüf ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “AzərbaycanRespublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”.



