İstanbul bələdiyyə seçkilərində 31 mart səsverməsində qalib gələn Əkrəm İmamoğlu “FOX TV”də Fatih Portakalın qonağı olub.
Seçkilərin nəticələrinin ləğvi qərarını çıxaran Ali Seçki Komissiyasını (YSK) oğurluqda ittiham edən İmamoğlu demokratiyaya böyük zərbə vurulduğunu deyib:
“Əslində mənim əhvalım yaxşıdır. Dünəndən millətimizlə inanılmaz yaxşı dialoq qurduğumu gördüm. Ancaq YSK-nın etdiyi böyük haqsızlıq, ədalətsizlikdir. Biz bunlara layiq deyilik. Mən YSK-nın bu qərarı çıxaran 7 üzvünü Allaha tapşırmışam. 212 məntəqədə komissiya üzvlərini siz özünüz dəvət etmisiniz. Onlar 16 aprel, 24 iyun seçkilərində də məntəqələrdə olub. İndi deyirsiniz, məntəqə rəhbərləri və üzvlər dövlət məmuru olmayıb. Cəsarətiniz çatırsa, bütün şəhərlərdəki nəticələri ləğv edin.
Ramazan ayında bəndə haqqı yediniz. O 7 nəfərin yaxasında 82 milyon insanın əli var. YSK oğurluq etdi, əməyimi oğurladı, 16 milyon insanın zəhmətini oğurladı.
Bütün AKP-li dostlarımın vicdanına sığınıram: əlinizi vicdanınıza qoyun. İmamoğluna edilənlər rəvadırmı deyə soruşun”.
İmamoğlu ona dəstək olan sənətçilərdən də danışıb:
“Sənətçilərimizi təbrik edirəm. Onların heç birinin məndən mənfəəti yoxdur. 47 gün sonra qaldığımız yerdən davam edəcəyik”.(Qafqazinfo)
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




