"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

17 saatlıq Minsk danışıqları

13 Fevral 2015 - 09:42
in DÜNYA, FLƏŞ

“Normand dördlüyü”nün Ukraynaya dair tarixi anlaşması; Fevralın 15-dən müharibə dayandırılır; img1744909Rusiya qoşunları ölkə ərazisindən çıxarılır; Ukrayna mərkəzsizləşməyə və yeni Konstitusiyaya gedir, Donbasın bəzi rayonlarına xüsusi status vəd edir, lakin ölkənin Qərbə, NATO-ya inteqrasiya yolu açıq saxlanılır…

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

 
 
Srağagün axşam Belarusun paytaxtı Minskdə Ukrayna böhranı ilə bağlı aparılan və dünyanın diqqət mərkəzində olan danışıqlar dünən səhər başa çatıb. “Normandiya dördlüyü” adlanan formatda bir araya gələn Ukrayna, Rusiya, Fransa və Almaniyanın  rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel problemin həlli üzrə diplomatiya və danışıqlar tarixində rekord sayıla biləcək müddətdə – 17 saat müzakirə aparıblar.
Öncə ikitərəfli, sonra isə “dördlük” formatında bir araya gələn liderlərin müzakirələrinə az sonra 4 ölkənin xarici işlər nazirləri də qoşulub. Lakin danışıqların yekunu sayıla biləcək ortaq sənədin razılaşdırılması olduqca çətin olub və tərəflərin toqquşan maraqları üzündən ciddi maneələrlə müşahidə olunub. Paralel surətdə Donbas böhranı üzrə üçlü Təmas Qrupu (Ukrayna,  ATƏT-in səlahiyyətli nümayəndələri və iki separatçı qurumun – DXR və LXR-in təmsilçiləri) çərçivəsində danışıqlar gedib.
Danışıqların sonunda “Normand dördlüyü” sənədi ümumən razılaşdıra bilib və az sonra o, imzalanmaq üçün Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu Təmas Qrupuna təqdim edilib. Çünki separatçıların da sənədə imza atması nəzərdə tutulurdu. Anlaşmadan öncə kiçik fasilədə görüş barədə açıqlama verən prezident Poroşenko Rusiya tərəfinin bəzi təkliflərini qəbuledilməz adlandırıb.
***
Ertəsi gün – fevralın 12-si səhər saatlarında sənəd Təmas Qrupunun üzvləri tərəfindən imzalanıb. O sırada anlaşmaya Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıblar.
Sənəddə əsas müddəalar kimi, fevralın 15-dən (saat 00:00-dan) etibarən atəşin dayandırılması və fevralın 16-dan gec olmayaraq ağır silahların və hərbi texnikanın təmas xəttindən geri çəkilməsi, bütün qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi, bu prosesin isə 14 günə sona çatması, təhlükəsizlik zonasının yaradılması, 19 gün ərzində “hamının hamıya” prinsipi üzrə əsirlərin və girovların mübadiləsi, hərbi amnistiyanın verilməsi, Ukraynada konstitusion islahatların aparılması, o cümlədən hakimiyyətin mərkəzsizləşməsi və ilin sonunda ölkənin yeni konstitusiyasının qəbul edilməsi, Donbasın separatçıların nəzarətində olan rayonlarına xüsusi statusun verilməsi, regionun yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması; bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT müşahidəsi altında Ukraynadan çıxarılması öhdəlikləri əksini tapıb. Bundan əlavə, öhdəliklər sırasında sənəddə separatçıların nəzarət elədiyi rayonlara rus dilindən istifadə və Rusiya regionları ilə transsərhəd əməkdaşlığı hüququnun tanınması da var.
Eyni zamanda tərəflər Minsk anlaşmasının gerçəkləşməsi üçün kompleks tədbirlərlə bağlı razılığa gəliblər. Bu xüsusda prezident Poroşenko Ukrayna sərhədçilərinin 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhədin hazırda separatçıların əlində olan hissəsinə nəzarəti bərpa edəcəyini bildirib. O da bəlli olub ki, fevralın 15-də Ukrayna və Rusiyanın Baş Qərargah rəisləri atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirəcəklər.
***
Müzakirələrin yekunundan az sonra kansler Angela Merkel Almaniya mediasına açıqlamasında danışıqları Ukrayna böhranının çözümü yolunda böyük addım adlandırıb. Kameraların qarşısına keçən Putin isə ilkin təəssüratını bildirərək, “Ən əhəmiyyətli mövzuda razılığa gəldik” – deyib və 15 fevraldan etibarən atəşkəs elan edildiyini təsdiqləyib.
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynnmayer isə liderlərin sənədə imza atmadığını, lakin anlaşmanı şifahi şəkildə təsdiqlədiyini bəyan edib. “Biz sənədin yerinə yetirilməsini öz vədlərimizlə təsdiqlədik” – əlavə edib nazir.
***
Müşahidəçilərə görə, Minsk zirvəsi, İkinci Cahan savaşından sonra dünyanın bölüşdürüldüyü Yalta konfransından sonra edilən ən uzun danışıqlar olub. Minsk anlaması qısa müddətdə Ukraynanın cənub-şərqində Rusiyanın körüklədiyi qanlı müharibəyə son qoyarsa, şübhəsiz ki, ciddi sənəd kimi tarixə düşəcək.
Lakin Minsk bəyannaməsinin imzalanmaması anlaşmanın möhkəmliyi və uzun müddətliliyi baxımından şübhələr yaradır. Məsələ ondadır ki, Rusiya tərəfi özünün hətta yazılı vədlərinə xilaf çıxdığını dəfələrlə əyani nümayiş etdirib. Onlardan biri də ötən ilin sonlarında yenə məhz ATƏT vasitəçiliyi ilə əldə olunan üçlü razılaşma idi.
Kreml bu dəfə öz vədinə sadiq qalacaqmı? Yaddan çıxarmaq olmaz ki, Ukrayna tərəfi Donbasın bəzi rayonları üçün əlavə statusa razılıq versə də, yazılı Minsk anlaşmasında ölkənin ərazi bütövlüyünə təminat var və rəsmi Kiyev NATO-ya, Avropa Birliyinə inteqrasiya etməyəcəyi barədə heç bir müddəa, öhdəlik götürməyib.(Musavat.com)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN: Emin Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib

Next Post

Atəşkəs 47 dəfə pozulub

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Atəşkəs 47 dəfə pozulub

Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi gözlənilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.