“Ermənistan tərəfi may ayında Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşmaları yerinə yetirmirdi. Hətta növbəti Brüssel görüşündən yayınırdı. Rusiya bundan istifadə edib, növbəti görüşü təşkil etməyə çalışırdı. Azərbaycanın “Qisas” hərbi əməliyyatından sonra Ermənistan tərəfi razılaşmaları yerinə yetirməyə məcbur oldu”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib.
Onun sözlərinə görə, Moskva yeni bir görüş təşkil etməyə çalışırdı:
“Bu minvalla Putin Paşinyana bir neçə dəfə telefon edərək son situasiyanı müzakirə edib. Xüsusilə, razılaşmaların icrası ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Paşinyan Rusiyanın siyasətindən narazıdır və ona görə də Moskvanın təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşdə maraqlı deyil. Moskvada görüş planlaşdırılmışdı. Göründüyü kimi, Ermənistan Moskvanı deyil, Brüsseli seçdi. Azərbaycan üçün fərqi yoxdur, ya Moskva olsun, ya Brüssel. Əsas odur ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Bundan əlavə, Cənubi Qafqazda Rusiya və Avropa İttifaqı artıq nüfuz mübarizəsinə start verib və burada Ermənistan strateji müttəfiqini deyil, Brüsselə üstünlük verir. Ermənistan Rusiya buxovundan qurtarmaq üçün Brüsselin vasitəçiliyinə önəm verir. Brüsseldə keçirilən görüşdə Azərbaycan tərəfi razılaşmaların yerinə yetirilməsini tələb edəcək. Brüsseldə keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyasi müzakirə ediləcək. Həmçinin sülh müqaviləsinin bağlanması istiqamətində atılacaq addımlar müzakirə ediləcək. Ola bilər ki, Azərbaycan tərəfi bir neçə erməni əsiri qarşı tərəfə geri versin”.
Şayəstə





