Parisdə 2 nəfəri girov götürən şəxs polisə təslim olur.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə məlumatı Fransanın RTL radiosu məlumat yayıb. Paris yaxınlığında Kolomb şəhərinin poçt ofisində 2 nəfəri girov götürən şəxs könüllü şəkildə polisə təslim olub.
Həmin şəxsin üzərində avtomat “Kalaşnikov”, tapança və qumbaraatan olub.

* * * 16:50
Paris yaxınlığında naməlum şəxs 2 nəfəri girov götürüb.
APA-nın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib. Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir. Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.



