Xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq günü kimi həkk olunan 20 Yanvara bir gün qalıb. 25 il öncə məhz bu
gün – yanvarın 19-da başlanan hərbi təcavüz xalqımızın 150-yə yaxın günahsız, əliyalın vətəndaşının qətli ilə yadda qaldı. O gündən bu günə şəhidlər müasirlərinin xatirələrində, bir də fotolarda yaşayırlar. Bu tarixi fotolar o günlərin ən etibarlı şahidləridir.




























