Pakistandan keçən qaçqınların yarısını azyaşlı uşaqlar təşkil edir
Ötən ilin iyunundan bəri Pakistan ərazisindən Əfqanıstan ərazisinə keçən pakistanlı qaçqınların sayı 200 mini ötüb.
ANS PRESS-in məlumatına görə, qaçqın axınının güclənməsinə Pakistan-Əfqanıstan sərhədindəki Şimali Vəziristan kimi tayfa regionlarında silahlı qruplaşma istinadgahlarının bombalanması səbəb olub.
Pakistandan Əfqanıstan ərazisinə keçənlərin 60 mini Əfqanıstanın şərqindəki Xost əyalətində qaçqın düşərgələrinə yerləşdirilib. Onların yarısını azyaşlı uşaqlar təşkil edir.
Qaçqın düşərgəsi üçün plastik çadırlar isə BMT-nin qaçqınlar üzrə agentliyi təmin edilib.
Associated Press



