"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AMEA-da “DetAL HOLDING” nümayəndələri ilə göruş olub

02 Dekabr 2014 - 13:09
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 images (7)
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində “DetAl Holding” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Tədbiri AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev açaraq iştirakçılara görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, görüşün keçirilməsində məqsəd ölkədə alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialın reallaşdırılmasını müzakirə etməkdir.

Alüminium xammalı hesab olunan alunit filizlərinin istismarı tarixindən bəhs edən akademik xatırladıb ki, respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə alunit filizləri yatağı aşkar edilib. Daşkəsən royununda yerləşən bu yataq keçmiş SSRİ məkanında alüminium xammalı kimi istismar olunan yeganə yataq olub. Keçən əsrin 60-cı illərindən bu yataqda başlanmış istismar 90-cı illərədək davam edib.

Sonra “DetAl Holding”in baş direktoru Sərxan Babayev şirkətin fəaliyyəti və Daşkəsən alunit filizinin emalı üsulu ilə bağlı geniş məlumat verib. Bildirib ki, “DetAl Holding” ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid, ilkin alüminium və yarımfabrikat  məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur. Alunit emalı istiqamətində DetAl Alüminium Kompleksinin yerinə yetirdiyi layihələr və bu istiqamətdə apardığı elmi-texniki araşdırmalardan danışan baş direktor gələcəkdə şirkətin fəaliyyətində AMEA-nın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmaq imkanlarını reallaşdırmaq təklifini irəli sürüb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev alunit filizinin yeni üsulla emalı məqsədi ilə akademiya alimlərinin elmi tədqiqatlara cəlb edilməsi təklifini və bu sahədə qarşılıqlı əlaqələrin bundan sonra da inkişafının əhəmiyyətini xüsusi qiymətləndirib.

Daha sonra Rəyasət Heyəti Mərkəzi aparatın İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev şirkətlə ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edən sənədlərin hazırlanacağını və ilkin olaraq əməkdaşlıq proqramı çərçivəsində  saziş imzalanacağını vurğulayıb.

Görüşdə AMEA-nın elmi müəssisələrindən və holdinqdən olan nümayəndələr də çıxış edib. Ölkəmizdə alunit emalı istiqamətində görülmüş işlərdən danışılıb. Birgə layihələrin icrası üçün atıla biləcək addımlar, dünya bazarında mövcud vəziyyət və yaxın gələcəkdə gözlənilən inkişaf trendləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra şirkətin baş direktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşüb. Əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən prezident qeyd edib ki, akademiyanın  elmi müəssisələrinin şirkətlə müştərək çalışmaq imkanları üçün böyük potensialı var və bu istiqamətdə səylərimizi davam etdirməliyik.

Görüşdə tərəflər arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD liderinin xanımı saxlanılıb

Next Post

“İş yerinə dair arayış” adlı yeni elektron xidmət

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“İş yerinə dair arayış” adlı yeni elektron xidmət

Erməni qəzeti Xocalı faciəsini etiraf etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.