Xorvatiya prezidenti Zoran Milanoviç hesab edir ki, 2014-cü ildən Rusiya silahlı qarşıdurmaya təhrik edilib.
Elchi.az Dnevnik.hr-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, bu cür davranış nüvə silahından istifadəni təhdid edir:
“2014-cü ildən bəri biz kimlərin bu müharibəni qızışdırmaq niyyəti ilə Rusiyanı necə təxribata çəkdiyini görmüşük”.
Milanoviçin sözlərinə görə, Rusiya ilə hərbi əməliyyatların aparılması təhlükəlidir, çünki o, məğlubiyyətə imkan verməyəcək və lazım gələrsə, nüvə silahına əl ata bilər.
Milanoviç Qərb ölkələrinin Rusiyaya qarşı hərəkətlərini ilk dəfə deyil ki, tənqid edir. Belə ki, o, əvvəllər anti-Rusiya sanksiyalarının Avropaya zərər verdiyini və Moskva ilə Pekini yaxınlaşdırdığını bildirib.
Yeganə




