"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

2016-cı ilin büdcəsi açıqlandı; neft 50 dollardan götürüldü

15 Sentyabr 2015 - 09:49
in XƏBƏR LENTİ

2016-cı ilin büdcəsi açıqlandı; neft 50 dollardan götürüldü

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Neft 50 dollardan götürüldü

Maliyyə Nazirliyi 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrini açıqlayıb. Dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 bareli üçün 50 ABŞ dolları (2015-ci ildə 90 dollar idi-red.) götürülüb. 
Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırılıb. Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində 1698 mln. manat göstərilib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri  4836 mln. manat az proqnozlaşdırılıb.
Sənədə əsasən, gələn il müdafiə sahəsinə 1837, 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2015-ci ildə həmin xərclər üçün 1778, 5 milyon manat ayrılmışdı.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14 mlrd. 566 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28,2%-ni təşkil etməklə 16,264 mln. manat həcmində proqnozlaşdırılır. (apa)
Sənəddə qeyd olunub ki, dünya bazarlarında neftin qiymətinin kəskin enməsi, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. Qeyd edilən amillər nəzərə alınmaqla, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i həcmində olmaqla, 14 mlrd. 566 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4,872 mlrd. manat və yaxud 25,1% azdır.
2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4836,0 mln. manat və yaxud 22,9% az deməkdir.
Dövlət büdcəsi xərclərinin strukturunun və tərtibi prosesinin təkmilləşdirilməsi və ünvanlılığın daha da artırılması istiqamətində işlərin davamı olaraq 2016-cı il dövlət büdcəsi xərclərində iqtisadi təsnifatın “Sair xərclər” paraqrafı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 2015-ci illə müqayisədə 350 mln. manat və yaxud 20,3% azalıb.
2016-cı il dövlət büdcəsinin kəsirinin (defisitinin) maliyyələşdirilməsi üçün 1,698 mlrd. manat vəsait nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsinin 15-16 milyard manatadək azaldılacağı barədə mötəbər mənbəyə istinadən ilk dəfə “Yeni Müsavat” yazmışdı. O zaman bir sıra ciddi ekspertlər bunun mümkünlüyünü təsdiqləmişdilər. Ötən həftə ölkə prezidenti də neft gəlirlərinin azaldığını vurğulayaraq izafi xərclərin dayandırılmasını istəmişdi. 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qərb kabusu Azərbaycana hardan girdi, haranı açaq çıxsın?..

Next Post

Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb

Bahalaşma olmayacaq – TƏHLİL

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.