"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

2016-nın 10 ən bədbin proqnozu

16 Dekabr 2015 - 09:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Blumberq” agentliyi 2016-cı il üçün 10 ən pessimist ssenarisini hazırlayıb.

 

Axar.az xəbər verir ki, hazırlanan ssenarilərin siyahısına dünyanın iqtisadi və siyasi həyatına birbaşa təsir edən proseslər daxil edilib.

 

Putin qalib olur

 

Birinci ssenariyə əsasən Putin Obamanı aldadaraq, Moskvaya sərf edən şərtlərlə İŞİD-ə qarşı mübarizə ilə bağlı müqavilə imzalayır. Müqavilə çərçivəsindəki birgə fəaliyyət miqrant axınını dayandırır və Almaniya kansleri ilə Avropa liderlərinin çiyinlərindən ağır yük götürülür. Nəticədə Almaniya kansleri Angela Merkel Avropa biznes nümayəndələrinin istəklərinə təslim olur və anti-Rusiya sanksiyalarını azaltmağa razılaşır. Bununla da Vladimir Putin ona lazım olan hər şeyi əldə edir. O özünün Yaxın Şərqdə təsirini təsdiqləyir və Avropanı özü ilə danışıqlara başlamağa məcbur edir.

 

Neftin qiyməti 100 dollara qədər bahalaşır

 

İŞİD Yaxın Şərqin neft hasil edən ölkələrinin strateji obyektlərinə hücum həyata keçirir. Hücumlar neftlə zəngin olan Niger çayının deltasında regionda hərbi təhdidlərin artması ilə eyni vaxta düşür. Venesuelada hakimiyyət çevrilişi baş verir. Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın ölümü ölkədə siyasi xaosa səbəb olur. Səudiyyə Ərəbistanı və OPEK-in tələbatı ödəmək üçün neft hasilatını artırmaq imkanları azala bilər. Bu isə avtomatik çatışmazlığa səbəb yaradır. Neftin qiyməti 100 dollara qalxır, Çin iqtisadiyyatında çöküş müşahidə edilir.

 

Atom sənayesi günəş və küləkdən enerji alan şirkətlər kimi inkişaf etməyə başlayır.

 

Britaniya Avropa Birliyindən çıxır

 

Böyük Britaniyanın Avropa Birliyi ilə bağlı qeyri-müəyyənliyini ortadan qaldırmaq üçün Baş nazir Devid Kemeron referendumu çoxlarının gözlədiyindən daha tez – may ayında keçirir. Konservativ Partiyadan olan Londonun meri Boris Conson ona qarşı kampaniyaya başlayır. Ölkəyə miqrant axını təhlükəsi və digər səbəblər onu qalib edir. Kemeron istefaya gedir. Ölkədən kapital axını artır.

 

Banklara kiber hücumlar

 

Rusiya və İran hakerləri güclərini birləşdirərək, ABŞ-ın onların vətənlərinə qarşı tətbiq etdiyi sanksiyalara görə qisas almaq üçün bu ölkənin banklarına kiber hücumlar təşkil edirlər. İranlılar ticarət platformalarına dağıdıcı zərbələr endirirlər. Ruslar isə elektron hesablama sistemlərini manipulyasiya edir və bununla da fond razılaşmaları ilə ticarətinə inamı yox edirlər.

 

Maliyyə sisteminə inamın ölməsi FED-i məcbur edəcək ki, bundan sonra faizləri artırmasın. Nəticədə dollar ucuzlaşacaq. İnvestorların pullarını qorumaq üçün atacağı təhlükəsizlik addımları qızılın qiymətini bahalaşdırır.

 

Avropa Birliyi parçalanır

 

Miqrant axınının dayanmadığı bir zamanda Parisə terror hücumu Avropa Birliyində siyasi böhranı artırır. Angela Merkel istefaya getməyə məcburdur. Ona görə ki, Merkelin açıq qapı siyasətini tərəfdarlarından heç kim dəstəkləmir. Növbəti seçkilərdə seçilmək şansı artan Marin Le Pen populist əhval-ruhiyyəli dalğanı gücləndirəcək. Bu da ksenofobiya və qorxuları artırır, eləcə də Avropanın ümumi prinsiplərinə zərbə vurur.

 

Çin iqtisadiyyatı ölür

 

Çinin iqtisadiyyatı pisləşir. Pekin diqqəti yayındıran yeni imkanlar axtarır. ABŞ-ın Cənubi-Çin dənizində gəmilərini artırması və Pekin əleyhdarı olan hökumətə dəstəyi Çinin etirazına səbəb olur. Pekin hərbi təhdidlər səsləndirir. Dəniz toqquşmalarının olacağı gərginliyinin çoxalması daşımalara mənfi təsir edir. Asiya fond bazarları çökür.

 

Tramp prezident olur

 

Tramp seçkilərdə qalib olur. O, ABŞ vergi kodeksinin transformasiyası, Amerika ordusunun gücləndirilməsi və miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı planlarını reallaşdırır. Sonuncuya ABŞ-a müsəlmanların daxil olmasına qadağa və Meksika sərhədində divarın çəkilməsi planları da daxil olur.

 

Son üç proqnoz

 

Sonuncu üç proqnoza dünyada iqlim dəyişikliyinin sürətlənməsi, İsrailin İrana hücumu və Latın Amerikasında özbaşınalığın artması daxildir.

 

İsrail İranın bölgədə azad fəaliyyətini qəbul etmir. İranla imzalanan nüvə müqaviləsi pozulur. İqlim dəyişikliyi sürətlənir. El Nino cərəyanının təsiri nəticəsində Cənub-şərqi Asiyada yanğınlar artır. Quraqlıq Avstraliyada bitki və canlıları məhv edir. Su çatışmazlığı Cənubi Afrikada iş aktivliyini azaldır. Zimbabve və Zambiya sərhəddində yerləşən dünyanın ən böyük ehtiyatlarından biri artıq uzun müddət hidroenerji istehsal edə bilmir.

 

Avropada kəskin istilər Atlantik okeanından Qara dənizə qədər əkinləri yox edir. Latın Amerikası dərin sıxıntı dövrünə keçir. Brazilya, Argentina, Venesuela yeni siyasi böhranlara yuvarlanır. Venesuela rəhbəri Nikolas Maduro hakimiyyəti əlinə almaq üçün ordunun imkanlarından yararlanır…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft 100 dollar ola bilər – ŞOK ssenari

Next Post

Vəkil Elton Quliyev vəfat edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vəkil Elton Quliyev vəfat edib

“FHN İlham Əliyevin qayğısı ilə əhatə olunub”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.