"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

2018-də yalanla gündəmə gələnlər – Ərə getdi, qəza keçirdi…

25 Dekabr 2018 - 18:20
in ŞOU-biznes

Bunu da oxuyun

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

2018-ci ildə toy, klip, dava xəbərləri ilə gündəmə gələnlər az olmayıb. Amma bunlar arasında özünü yalan xəbərlə gündəmə gətirənlər də yer alıb. Belə ki, haqlarında yazılmadığını görən, bir neçə məşhur il ərzində gah özünü ərə verib, gah xəstəxanalıq edib, gah da direktor vəzifəsinə yüksəldib. 

Elchi.az axşam.az-a istinadən  yalan danışmaqla gündəmə gələn məşhurların siyahısını təqdim edir:

Bir neçə gün əvvəl saz ifaçısı Aqşin Tariyeloğlunun qəzaya düşdüyü və reanimasiyaya yerləşdirildiyi haqda xəbərlər yayılıb. Elə həmin gün sənətçinin atası və sənət dostları xəbərin yalan olduğunu və Aqşinin bunu özünü reklam üçün etdiyini açıqlayıb. Saytlar yazsın deyə, Aqşin özünü “xəstəxanalıq” edib. Hətta internetdən qəza vəziyyətində olan maşın şəkli tapıb, sosial şəbəkədə yayıb da.

Bu ilin iyulunda aktrisa Sevinc Əliyeva 24 yaşlı model Riad Abdulovla nikah bağladığını demişdi. Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək “Mən getdim, heç kimə demədən, üstümə düşməyin” şərhini yazıb. Sonradan məlum oldu ki, əslində, Sevinclə Riad evlənməyib və həmin kadrlar  “Qayınana 2” filminin çəkiliş meydançasında lentə alınıb. Onlar senariyə uyğun olaraq kinoda ailə həyatı qurublar.

Müğənni Niyam Salami isə övladının olduğu haqda məlumat versə də, sonradan uşağın özünün yox, qardaşının olduğunu etiraf edib: “Uşağım varımdır… Daha 80 dənə uşağı hara törəyirəm? Varım, dövlətim hamısı onundur. Mən öləndən sonra, kef eləsin, dağıtsın. Gəlin açıq danışaq. Oğlum deyəndə ki, qardaşımın uşağıdır, elə bil öz balamdır. Yoxsa indi gəl, 40 yaşından sonra evlən. Baldız qayınana söhbətləri, o, onu niyə dedi, bu bunu niyə söylədi. Güc-bəla ilə Suraxanıda sakit başla söyüd ağacının altında oturub, ölümümü gözləyirəm”.

Əməkdar artist Aygün Bəylər bir müddət əvvəl yalandan ərə gedəcəyini demişdi. Xanəndə məclisin dəbdəbəli şəkildə keçiriləcəyini, 30 minlik gəlinlik hazırlatdırdığını, Türkiyədən 150 min dollara orkestr gətizdirəcəyini söyləyib. Amma bir müddət sonra Aygün piar üçün yalandan belə xəbər yaydığını bildirib. Müğənni hətta illər əvvəl uşağını dayə tərəfindən döyülməsi ilə bağlı yaydığı məlumatın da yalan olduğunu deyib.

Bu yaxınlarda yalandan toy xəbərini yayan müğənnilərdən biri də Mirkamil Kamilov olub. Mirkamil xaricdə özünə toy etdiyini, bunu valideynlərindən də gizlətdiyini söyləyib. Aradan bir neçə gün keçdikdən sonra isə müğənni xəbərin yalan olduğunu etiraf edib. Sonra sənətçi bir uşaq şəkli yayımlayıb və onun öz övladı olduğunu deyib. Hətta Mirkamil uşağı ilk vaxtlar tələf etməyi düşündüyünü, sonradan isə fikrindən daşındığını açıqlayıb.

Əməkdar artist Tünzalə Əliyeva illər əvvəl boşanma xəbərini yaymışdı. Aktrisa bu günlərdə açıqlayıb ki, həmin xəbəri yeni açılan verilişin piarı üçün edib. Bu yalan xəbər onun ailəsində problem yaradıb.

Müğənni Nadir Qafarzadə də yalan danışan sənətçilərdən olub. O, bir vaxtlar Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin olunduğunu demişdi. Hətta Nadir vəzifəsinin icrasına başladığını bildirmişdi. Amma bir gün sonra xəbərin yalan olduğu ortaya çıxmışdı.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda nazir müavini qəzaya düşdü – FOTO

Next Post

Türkiyədə minimum əmək haqqı 26% artırılıb

Bənzər yazılar

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

Elnarə Abdullayeva: “İncə xanım olub ev dağıdım?!”

24 Fevral 2024 - 18:30

Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib. Elchi.az xəbər verir ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan...

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

Aysun onunla şəkil çəkdirmək istəyən kişiyə belə reaksiya verdi – VİDEO

03 Dekabr 2023 - 18:42

Müğənni Aysun İsmayılova məclislərin birində onunla foto çəkdirmək istəyən şəxsə maraqlı reaksiya verib. Müğənni həmin şəxslə özü arasında sərhəd quraraq,...

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

Həbsdə olan Rəşad Dağlı həyat yoldaşını belə təbrik etdi – VİDEO

27 Noyabr 2023 - 12:27

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib. Elchi.az axşam.az-a istinadən bildirir ki, o, anasının...

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

22 Oktyabr 2023 - 22:30

Türkiyəli aktyor Akın Akınözünün “Aile albümü” serialındakı tərəf müqabili bəlli olub. Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində...

Next Post
Türkiyədə minimum əmək haqqı 26% artırılıb

Türkiyədə minimum əmək haqqı 26% artırılıb

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.