Kriptovalyuta və qızıl”2022-ci ildə internetdə ən çox axtarılanlar olub.
Elchi.az xəbər verir ki, Amerikanın “Wall Street Journal” jurnalının təhlilinə görə, investorlar kriptovalyuta və qızıla üz tuturlar.
Dəyişmələr digər investisiya alətlərinə marağı azaldıb və ənənəvi investisiya alətlərinə meyl yenidən artıb. “American Wall Street Journal” Vankuverdə yerləşən sosial media marketinq platforması olan “Hootsuite”nin təəccüblü təhlilini paylaşıb.
Təhlildə ilk olaraq kripto pul birjasının populyarlığını təmin edən ən əhəmiyyətli məhsul olan “Bitcoin”-in 2021-ci ildəki qeydləri xatırladılıb.
Kriptovalyuta bazarında çöküşlə başlayan kəskin dalğalanmaların investorların seçimlərində həlledici olduğu vurğulanıb. Təhlillərə görə, riskə daha çox meylli görünən gənclər tez varlanmaq arzusu ilə yenidən kriptovalyuta birjasına üz tuturlar. Bununla belə, epidemiya və qlobal iqtisadi böhranla risk etməyənlərin və təhlükəsiz sığınacaq axtaranların sığınacağı qızıldır.
Yeganə




