Moungi Gabriel Bawendi, Louis E. Brus və Aleksey İ. Ekimov kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə 2023-cü il Kimya üzrə Nobel Mükafatını qazanıblar.
Elchi.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında bildirilib ki, kimya üzrə Nobel mükafatı müstəqil tədqiqatlarında kvant nöqtələri yaradan Ekimov və Brus və kimyəvi maddənin istehsalını kökündən dəyişdirən Bavendiyə verilib.
Bildirilib ki, kvant nöqtələri LED işıq lampaları hazırlayıb, kompüter və televiziya ekranlarının QLED texnologiyası ilə işıqlandırılmasında, biokimya və tibbdə bioloji toxumaların xəritələşdirilməsində istifadə olunub.
Nuranə Məmmədova





