Afrika və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində 2024-cü ildə dövlət çevrilişləri baş verə bilər. Elchi.az xəbər verir ki, bu fikri Lenta.ru ilə söhbətində “MDBMİ”-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin deyib. O, hakimiyyət dəyişikliyinin güclü ssenarisinə meyilli olan dövlətlərin adını çəkib.
İsti nöqtələr Afrika və Cənub-Şərqi Asiyada bir neçə bölgədir. Söhbət sabit dövlət hakimiyyətinin olmadığı, siyasi institutların işləmədiyi, hər şeyin gücdən asılı olduğu ən kasıb dövlətlərdən gedir – kimin gücü daha çoxdursa proseslərə rəhbərlik edir.
“Bunlar bu il müşahidə edilən eyni ölkələrdir. Orada hərbi rejim olduğu üçün hər an dəyişə bilərlər. Bunlar Niger, Mali, Burkina Faso, Eritreya, Sudan, Somalidir. Asiyada Banqladeşdə rejim çox sərtdir, bu ölkələrdə nəsə ola bilər, Myanma yaxınlıqdadır. Biz bu cür vəziyyətlərdən danışarkən, yalnız hərbi gücə arxalanan rejimlərin mövcud olduğu ən kasıb ölkələrə diqqət yetiririk”, – deyə o etiraf edib.
Politoloqun fikrincə, dünyanın qlobal mənzərəsi 2024-cü ildə olduğu kimi qalacaq. Avropa və ya Latın Amerikası kimi regionlarda hakimiyyətin zorakılıqla dəyişməsi mümkün deyil.
Havar Şəfiyeva






