"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

2030-cu ilə qədər dünya okeanındakı plastik tullantıların miqdarı ikiqat arta bilər

08 Mart 2019 - 12:47
in DÜNYA

2030-cu ilə qədər dünya okeanındakı plastik tullantıların ümumi miqdarı 40 faizdən çox, dünya okeanını çirkləndirən zibilin miqdarı isə iki qat arta bilər.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az  AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar Dünya Vəhşi Təbiət Fondunun (WWF) illik məruzəsində əks olunub.

WWF ekoloqlarının məlumatına görə, son 18 ildə kimya sənayesi tullantılarının həcmi plastik erasının əvvəlindəki ilə müqayisədə təqribən iki dəfə artıb, havanın və okeanların çirklənmə səviyyəsi isə həndəsi silsilə üzrə artmaqdadır. Bu vəziyyətin dünyada ekologiya sistemi üçün doğuracağı nəticələri qabaqcadan söyləmək mümkün deyil.

Sənəddə deyilir: “Hazırda plastik materialdan hazırlanan məmulatların həcmi ildə hər adama 53 kiloqram civarındadır. Bu məmulatlar nəzarətsiz istehsal edilir, real tələbat nəzərə alınmır, bu da çirklənmənin miqyasını tənzimləməyə və onun artmasını dayandırmağa imkan vermir”.

Ekoloqlar bütün ölkələrin hökumətlərinə müraciət edərək onları çirklənməyə qarşı mübarizənin təsirli milli strategiyalarını yaratmağa, plastik məmulatlar istehsalını və onların istifadəsini azaltmağa məcbur edəcək qlobal sazişdə iştirak etməyə, habelə tullantıların təhlükəsiz emalı üzrə zəruri tədbirlər görməyə çağırırlar.

Plastik məhsulların istifadəsinin azaldılması üzrə Azərbaycanda da müvafiq iş aparılır, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ekspertlərin hesablamalarına görə, ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.

ABC telekanalı WWF-nin Avstraliyadakı Okeanoqrafiya Departamentinin rəhbəri Riçard Lekin bu sözlərini sitat gətirir: “Bu gün bizim istehlak etdiyimiz plastik kütlələrin təqribən 40 faizi qab-qacaq, qida konteynerləri, qablaşdırma vasitələri və butulka kimi birdəfəlik istifadə mallarıdır. Bu əşyalar bizim məişətimizdən yox edilməlidir. Bundan əlavə, dövlətlər istehsalçıların və biznesmenlərin plastikdən imtina etməsi və bioloji parçalanan qablaşdırmadan istifadə etməsinə kömək edəcək stimullar yaratmalıdırlar”.

WWF xətti üzrə aparılmış tədqiqat göstərir ki, hər il 100 milyon ton plastik məhsullar zibilə çevrilərək torpağı, çayları və okeanları çirkləndirir. Plastik tullantıların nəzarətsiz yandırılması məhsulları xərçəng xəstəliyinə tutulma hallarının artmasına səbəb olur və 270 heyvan növünün mövcudluğunu təhlükə altına alır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Timoşenko seçkilərdə qalib gələcəyi təqdirdə Poroşenkonu həbslə hədələyib

Next Post

Axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda saxlanılıb

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda saxlanılıb

Axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda saxlanılıb

Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb

Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.