“Tullantılarla mübarizə üçün əlavə tədbirlər görülməsə, 2060-cı ilə qədər okeandakı plastik kütlə bütün balinaların kütləsini keçəcək”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Credit Suisse” bankının Dayanıqlı İnkişaf Mərkəzinin hesabatında deyilir.
Hər il atmosferə atılan plastikin ümumi həcmi demək olar ki, iki dəfə artaraq 350 milyon tondan 670 milyon tona yüksələcək.
Qeyd edək ki, son 60 ildə dünya plastikdən 5000 faiz daha çox istifadə etməyə başlayıb. Bunun sayəsində ÜDM göstəriciləri də artıb.
Yeganə




