"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qərb Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır”

24 Oktyabr 2022 - 15:35
in GÜNDƏM

Bu gün Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri baş tutdu. Ölkə başçısı səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdü və bir sıra müzakirələr aparıldı. Qeyd edək ki, bu səfər Prezidentin Gürcüstana sayca 10-cü səfəri idi.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Siyasi şərhçi Aqşin Kərimov məlum səfərin Azərbaycana qazandırdığı dvidentlər barədə Feysbuk hesabında qeyd edib.

Elchi.az ekspertin səfər barədə fikirlərini olduğu kimi təqdim edir:

“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfər edərək bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşlər keçirməsinin səbəblərini aydınlaşdırmaqdan ötrü bir neçə istiqaməti əsas götürməliyik.

-Rusiya-Ukrayna müharibəsinin davam etməsi postsovet məkanının başı üzərindəki təhdidlərin bir parçasını ərazi münaqişəsindən əziyyət çəkən Gürcüstana fokuslayır. Yəni, Gürcüstanda davam edən konfliktlər bu ölkəni Rusiyanın manipulyasiyası və təzyiqləri qarşısında aciz qoyur.

-Gürcüstandakı erməni faktorunun alışan çəllək həddinə çatması mümkündür ki, bu da Azərbaycan üçün qeyri-məqbul ssenaridir.

-İran Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələri ideoloji axınla “zəhərləmək” niyyətini işə salıb ki, bu da Bakını narahat edən faktorlar siyahısında yer alır.

-Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığının müttəfiqlik zəmininə çatması üçün zaman yetişib.

-Tbilisi Azərbaycan-Ermənistan münasibətlərinin tənzinlənməsi prosesində vasitəçilik niyyətindədir, lakin bu, Gürcüstanın şəxsi təşəbbüsü yox, Qərbin onun qarşısında qoyduğu təlimatlar “kitabçasının” ruhundan irəli gəlir.

Həmin bu konseptual baxışları açsaq, deyə bilərik ki, Gürcüstan Rusiya və Qərblə münasibətlər sistemində balanslı akta ehtiyac hiss edir. Tbilisi bunun üçün yaxşı nümunəyə, yəni Azərbaycanın xarici siyasət modelinə müraciət edir və Əliyevin qənaətlərini öyrənir”.

A.Kərimov qeyd edib ki, Rusiyanın da, Qərbin də Tbilisi üzərində əhəmiyyətli təsir rıçaqlarını saxlamaq üçün kəsişən maraqları Azərbaycan və Türkiyənin Kreml-Gürcüstan əlaqələrinin normallaşmasında birgə tarazlaşdırıcı mövqe tərtib etməsinə rəvac verir:

“Azərbaycan və Türkiyə Gürcüstana Rusiyadan artan təzyiqlərin azaldılması və Tbilisinin təhlükəsizlik çətiri altında saxlanılması üçün səylərini əsirgəmirlər.
Bunun səbəbləri:

  • Gürcüstan Azərbaycanla Türkiyə arasındakı enerji və Bakı-Tbilisi-Qars dəmir yolu arteriyasını təmin edən tranzit ölkədir,
  • Gürcüstanda yaşayan azərbaycanlılar amili Bakı və Ankara üçün bu ölkəyə münasibətdə etnik müstəvi üzrə vahid proqram hazırlamaq prioritetlərini təqdim edir.
    Yuxarıda qeyd etdiyimiz xətt, Gürcüstandakı erməni amili Rusiyanın etnik münaqişələr ssenarisinin icrası üzrə təhlükəli kartdır.
    Düzdür, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə etnik erməni kartına olan simpatiyasını hiddətlə əvəzləyib və hazırda Moskva Bakı ilə əməkdaşlığı daha üstün tutaraq İrəvanı təcriddə boğur.
    Bununla belə, etnik mövzular Rusiya dövlət siyasətinin mahiyyətindən uzaqlaşmayıb və indi ən həssas regionlardan biri də məhz Gürcüstandır.
    Erməni kartının aktivləşməsi Cənubi Qafqaz regionu üçün əlavə probemlər yaradan zəncirin bir həlqəsinə çevrilə bilər, lakin Əliyev bunun qarşısını almaqdan ötrü Tbilisi ilə sıxlaşan dialoqların konkret nəticələr bərqərar etməsinə üstünlük verməkdədir.
    Üçüncü, artıq Azərbaycan həm öz təşəbbüsləri, həm də Türk Dövlətləri Təşkilatının prinsiplərindən irəli gələrək dünya üzrə səpələnən azərbaycanlıların hüquqlarının müdafiəsini öz siyasətinin mərkəzinə proyeksiya edir.
    Bu mənada, İranın Gürcüstandakı azərbaycanlıların potensialından öz xeyrinə yararlanmaq cəhdlərinin arxasında yaxşı niyyətlər durmadığını həm Bakı, həm də Ankara gözəl bilir.
    Dördüncü, Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər qrafikində həllini gözləyən çağırışlar dayanmaqdadır. Ona görə də Əliyev regionda təhdidlərin çoxalması fonunda qonşu və strateji tərəfdaş Gürcüstanla həmin gündəliyi gündəmə gətirir.
    Ən böyük hədəflərdən biri Bakı-Tbilisi strateji tərəfdaşlığını Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli müttəfiqlik səviyyəsinə çatdıracaq fikirlərin inkişaf etdirilib nəticə hasil edilməsidir. Tbilisi reallaşması planlaşdırılan Zəngəzur dəhlizinə qoşulmaq qərarını açıqlamaqla Azərbaycan-Türkiyə-Gürcüstan damarına töhfə verə bilər.
    Beşinci, Qərb, xüsusilə də ABŞ Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır. Vaşinqton bəzi oyun qaydalarında özünü göstərmək meylindən uzaqdır və pərdəarxasından qurulan tamaşaya rejissorluq etmək qabiliyyətlərinə malikdir.
    Bu mənada ABŞ Gürcüstan vasitəsilə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında maraqlarını təmin etmək və Moskvanı prosesdə neytrallaşdırmaq məqsədlərini güdür.
    Gürcüstanın cari xarici siyasət kursunu ölçülmüş duruş izləyir, lakin regional təhlükəsizlikdəki dayandığı nöqtənin bərkidilməsi üçün əlavə tədbirlərə ehtiyac var.
    Əliyevlə Qaribaşvilinin müzakirə predmetinin mövzuları həmin istiqamətlər üzrə yeni planların hazırlanması üçün xoşməramlı niyyətin ifadə edilməsi anlamını daşıya bilər”.

Şəlalə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? – Şeyx həzrətləri 5-ci kalonun hədəfində

Next Post

Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoyan SƏFƏR!

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoyan SƏFƏR!

Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoyan SƏFƏR!

Əliyev bu çıxışı ilə Makronu darmadağın etdi

Baş naziri məlumatlandırdım, vaxt çatıb… - Əliyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.