
Ölkənin cənubundakı Recco Kalabriya bölgəsində fəaliyyət göstərən “Ndrangheta” mafiya qruplaşmasının üzvü Cüzeppe Corci İtaliyanın təhlükəsizlik xidmətinin San-Luka qəsəbəsindəki bir evdə apardığı əməliyyat zamanı saxlanılıb.
Qeyd edək ki, 1994-cü ildə narkotik qaçaqmalçılığına görə haqqında 28 il 9 ay həbs cəzası verilməsi nəzərdə tutulan Corci ölkənin ən təhlükəli cinayətkarları siyahısında ilk beşlikdə yer alıb.(qaynar)



