
Şəki rayonunun Baş Zəyzid kəndində 23 yaşlı gəlin evdən qaçıb.
Elchi.az xəbər verir ki, Aygün Mustafayeva Pərviz Abdullayevlə 6 ildir ki, ailəlidir. Aprelin 26-da onlar ərinin əmisi Ələddin Abdullayevə baş çəkmək üçün onlara qonaq gəlib. Gəlin ərini yuxuya verəndən sonra gecə saatlarında yataq paltarında evdən çıxıb. Səsə oyanan ər arvadının yataq paltarını həyətdə səpələnmiş halda tapıb.
Baş Zəyzid kəndindən AzNews.az-a verilən məlumata görə, Pərviz Abdullayev ilə Aygün Mustafayeva sözü gedən kənddə yaşamır:
“Onlar bu kənddə doğulsalar da Bakıda kirayədə yaşayırlar. Çox imkansız bir ailədir. Pərvizin əmisi Ələddin Abdullayev yataq xəstəsidir, şikəstdir. Guya onlar həmin xəstəyə baş çəkməyə çəliblər. Deyilənə görə ər-arvad arasında münaqişə olub. Qadın da ərini yuxuya verib, evdən qaçıb. İndi hamı gəlini axtarır”.






