Rusiya noyabrın 24-də Suriyada Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə edilən hava hücumuna münasibət bildirib.
Türkiyədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alaniyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında bildirib:
“Bizim Rusiya olaraq bununla heç bir əlaqəmiz yoxdur. Bu, Suriyanın silahlı qüvvələri tərəfindən törədilən təcavüzdür. Biz hazırda orada terrorçularla mübarizəyə diqqətimizi yönəltmişik. Belə hadisələrin bir daha olmasını istəmirik. ABŞ və digər qurumlarla görüşümüz zəruridir”.
Nazir daha sonra tərəflər arasında aparılan müzakirələrdnə söz açıb: “kitərəfli münasibətlərimiz daha güclü olacaq. Ukrayna məsələsini, Qafqazla bağlı bəzi məqamları müzakirə etdik. Həmkarım ATƏT çərçivəsində Ukrayna-Rusiya arasındakı münaqişə məsələsində dəstək verəcəyini də söylədi”.
Qeyd edək ki, məhz 24 noyabr tarxində Türkiyə Rusiyanın hərbi təyyarəsini vurmuşdu.




