“Suriyadan gələn 2,6 milyon qaçqına qucaq açan Türkiyənin etibarlı bir ölkə olmadığını demək türklərə təhqirdir.”
Avropa.info xəbər verir ki, bunu İngiltərənin baş naziri Devid Kameron Beynəlxalq Amnistiya Təşkilatının “Türkiyə qaçqınlar üçün etibarlı ölkə deyil” iddiasına münasibət bildirərkən deyib.
Kameron qaçqınlar üçün, Türkiyəyə veriləcək 3 milyard avrodan da danışıb.
“Türkiyəyə veriləcək pul, Türkiyə üçün verilmir. Bu pul Türkiyədəki suriyalı qaçqınlara xərclənməsi üçün verilir” deyə Kameron qeyd edib.



