ABŞ prezidenti Co Bayden deyib ki, Ukraynanın NATO-ya üzvlüyünün qiymətləndirilməsindən əvvəl Ukrayna-Rusiya müharibəsi başa çatmalıdır.
Elchi.az xəbər verir ki, CNN-in müxbiri “Fareed Zakaria” ilə müsahibədə Bayden xarici siyasət mövzuları, xüsusilə də Ukrayna ilə bağlı açıqlamalar verib.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitindən əvvəl Ukraynanın NATO-ya üzvlük müraciətinə toxunaraq, “Məncə NATO üzvləri arasında Ukraynanı bu ailəyə əlavə etmək üçün konsensus yoxdur.
“Biz (NATO) Rusiya ilə müharibə etmirik” deyən Bayden, Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın NATO-ya daxil ediləcəyi təqdirdə Alyansın da müharibəyə girəcəyini bildirib.
Ukraynanın NATO üzvlüyü üçün demokratikləşmə kimi digər kriteriyaları yerinə yetirməli olduğunu deyən Bayden, Ukraynanın NATO üzvlüyünün qiymətləndirilməsi üçün müharibənin sona çatması lazım olduğunu vurğulayıb.
Nuranə Məmmədova





