Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın
başlayıb.
başlayıb.APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət mərkəzində olanlar təxliyə olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.
Müəyyən müddətdən sonra “28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.
Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqilində baş verən qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.







