"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

28 May – Respublika Günü ilə əlaqədar Düşənbədə rəsmi qəbul keçirilib

28 May 2017 - 09:42
in GÜNDƏM, MANŞET, XƏBƏR LENTİ

Azərbaycanın Tacikistandakı səfirliyi 28 May – Respublika Günü ilə bağlı Düşənbədə rəsmi qəbul keçirib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Abbasəli Həsənov cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu diqqətə çatdırıb, qısa müddət ərzində görülən işlərdən danışıb.

Səfir 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycanın o illərdə müharibə və xaosla üzləşdiyi, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə danışıb.

Diplomat qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda iqtisadiyyat dirçəlməyə başladı, vətəndaş müharibəsinin qarşısı alındı. Ulu Öndər neft strategiyasını həyata keçirməklə müasir müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoydu.

Abbasəli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Bu gün Azərbaycanın dünya miqyasında sözü və mövqeyi ilə hesablaşırlar.

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər – idman yarışları, humanitar forumlar, musiqi festivalları barədə geniş məlumat verib.

Diplomat Azərbaycanın həyata keçirdiyi transmilli layihələr haqqında da söhbət açıb və bildirib ki, regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşmır. O, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini diqqətə çatdırıb. Həmçinin Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verib.

Diplomat çıxışında bildirib ki, bu günlərdə Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur.

Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov Respublika Günü münasibətilə Azərbaycan xalqını Tacikistan hökuməti adından təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb. O deyib: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir”. Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını alıb, dövlətini və xalqını böyük bəlalardan xilas edib.

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirərək qeyd edib ki, ikitərəfli münasibətləri müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur.

Qəbul zamanı Azərbaycanın mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib.

İştirakçılara 28 may – Respublika Günü ilə bağlı Azərbaycan, tacik, ingilis və rus dillərində məlumatlar toplusu paylanıb.

Azərtac

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İldırım insana necə təsir edir? (MARAQLI)

Next Post

Filippində silahlılar 19 dinc sakini öldürüb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post

Filippində silahlılar 19 dinc sakini öldürüb

Rusiyada 4 mazut sisterni relsdən çıxıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.