29 yaşlı oğlanı döyüb kanala atıblar

>

Gəncə şəhərində 29 yaşlı gənci döyüb sonra kanala atıblar.

Bunu da oxuyun

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında baş verib.

Beləki, şəhər sakini, 1988-ci il təvəllüdlü Şahin İntiqam oğlu Eynullayev naməlum şəxslər tərəfindən döyülərək kanala atılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Eynullayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728