Sentyabrın 20-də “Sibirin Gücü” qaz kəmərində başlanmış planlı təmir işləri başa çatıb və şirkət qazın vurulmasına başlayıb.
Elchi.az xəbər verir ki, müvafiq mesaj Qazprom Telegram kanalında yer alıb.
“Sibirin gücü” qaz kəmərində planlaşdırılmış profilaktik işlər başa çatıb. Planlaşdırıldığı kimi, qazın nəqli bu gün bərpa edilib”, – nəşr yazır.
“Sibirin Gücü” qaz kəməri 2019-cu ilin sonunda istifadəyə verilib, onun vasitəsilə xammal Çin istehlakçılarına çatdırılır. Qaz kəmərinin layihə gücü ildə 38 milyard kubmetr olsa da, hazırda bu, xeyli aşağıdır. Şirkət 2027-ci ilə qədər marşrutdan tam istifadə etməyə başlamağı planlaşdırır.
Nuranə Məmmədova




