Amerikalı Simone Biles Gimnastika üzrə Dünya Çempionatında ikinci qızıl medalını qazandıqdan sonra tarixin ən çox medal qazanan gimnastına çevrilib.
Elchi.az xəbər verir ki, bu həftənin əvvəlində ABŞ-a rekord yeddinci ardıcıl komanda tituluna kömək etdikdən sonra, 26 yaşlı oyunçu Bils 58,399 xalla qızıl medal qazanıb.
Onun cəmi 34 dünya və olimpiya medalı kişi və ya qadın gimnastlardan çoxdur.
Bils 58,399 xalla qızıl medal qazanıb.
O, hazırkı çempion braziliyalı Rebeka Andradeni (56.766) qabaqlayıb, Bilsin amerikalı komanda yoldaşı Şilese Cons isə 56.332 xalla bürünc medal qazanıb.
Nuranə Məmmədova




