"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

31 mindən yuxarı vətəndaş kompensasiyasını alıb – RƏSMİ

25 Aprel 2019 - 15:57
in İQTİSADİYYAT

Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən “Azərpoçt” MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 4-cü iş günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Son 3 günün statistikasına görə, 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

“Azərpoçt” MMC-dən Publika.az-a verilən məlumata görə, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri 3 gündə 8 milyon 444 min 073 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.

May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. “Azərpoçt” MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.

Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar “Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. “Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində azerpost.az-da “Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.

Vətəndaş Azərpoçtun saytı vasitəsilə məlumatları qeyd edərkən, onun kredit məbləği, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb, zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.

Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda Millikart MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan,yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. Millikart MMC-nin şəbəkəsində daxil olan ATM-lər ASB (Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank, Gunay Bank, NaxçıvanBank, Unibank bankları daxildir.

Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması “Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində “Azərpoçt” MMC sadəcə icraçı tərəf kimi çıxış edir.

“Azərpoçt” MMC tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ikinci yerdədir

Next Post

Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb – FOTO

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb – FOTO

Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb – FOTO

Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.