"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

32 yaşlı qadın qızıl alverçilərini belə tora saldı

05 İyul 2015 - 11:18
in XƏBƏR LENTİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ağdam rayon sakini Fərqanə Şükürovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə görə, Fərqanə Şükürova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, 1983-cü il təvəllüdlü Fərqanə Şükürovanın toruna düşən qadınların hamısı qızıl alverçiləri olub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Fərqanə Şükürova özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Pərvanə Əzimovadan pulunu hissə-hissə ödəmək şərtilə qızıl-zinət əşyaları alıb. Pərvanənin etibarını qazanandan sonra müxtəlif vaxtlarda ondan  29 min 480 manat dəyərində qızıl əşyaları alaraq pullarını qaytarmayıb.

Fərqanə Şükürova eyni üsulla Nazəngül Əsədovanı da aldadıb.N.Əsədovadan satmaq üçün götürdüyü qızılların pulunu iki-üç ay ərzində ödəyəcəyini vəd etməklə ona 19 min 500 manat ziyan vurub.

Təqsirləndirilən şəxsin toruna düşən üçüncü qadın isə tanışı Lalə Xəlilova olub. L.Xəlilovanın 19 min 660 manatlıq qızıl əşyalarını ələ keçirən F.Şükürova ona qarşı da dələduzluq edib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan F.Şükürova ötən ilin noyabr ayında Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Fərqanə Şükürova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Pərvanə Əzimovanı 2011-ci ildən tanıdığını, aralarında münasibət yarandığını, ondan sələmə 4 min manat pul götürdüyünü, hər ay ardıcıllıqla pulun faizini ödədiyini göstərib: “Hər ay 400 manat faiz verirdim. 2012-ci ilin sentyabr ayında isə Pərvanənin pulunun hamısını ödədim, ona borcum qalmadı. Həmin ərəfədə Pərvanə zəng vurub satlıq bir neçə qızıl əşyalarının olduğunu, müştəri tapmağı xahiş etmişdi.

Pərvanənin təklifi ilə qızılları satmağa müştəri tapmaqda ona köməklik göstərmişəm. Onun verdiyi qızılları nisbətən baha qiymətə satıb özüm də qazanırdım. Müxtəlif şəxslərdən yüksək faizlə 15 min manat pul götürmüşdüm. Pul və faizlər məni sıxırdı, həmin adamlar pullarını tələb edirdilər. Onlara borcumu ödəyə bilmədiyimə görə Pərvanədən nisyə götürdüyüm qızılları tanışlarıma satıb öz borclarımı ödədim. Pərvanəyə isə 20 min manat borcum qaldı”.

F.Şükürovanın ifadəsinə görə, zərərçəkmiş Nazəngül Əsədova ilə onu Pərvanə tanış edib: “Nazəngül “Lotos” ticarət mərkəzində qızıl-zinət alveri ilə məşğul olurdu. Bizi Pərvanə tanış etmişdi. Nazəngüldən müxtəlif vaxtlarda 10 min manat dəyərində qızıl əşyaları satıb pulunu tam ödəmişdim.

2012-ci ilin aprel ayında Nazəngüldən müxtəlif çeşiddə 19 min 500 manat dəyərində zinət əşyalarını hissə-hissə ödəmək şərtilə götürdüm, başqa şəxslərə satdım və əldə etdiyim pulla öz borcumu ödədim.

Qızıl alverçisi Lalə Xəlilovanı 2013-cü ildə tanımışam. Həmin ilin oktyabr ayında Lalə mənə zəng vurub evinə çağırdı. Dedi ki, mən də qızıl satışı ilə məşğul oluram, qızılları satmaqda mənə köməklik et, müştəri tap. Eyni üsulla qızılları götürür satırdım, pullarını Laləyə verirdim. Sonradan qızılların satışından əldə etdiyim 10 min manat pulu öz problemlərimin həllinə xərclədim. Lalə pulunu tələb edəndə ona 400 manat pul verdim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Pərvanə Əzimova ifadəsində Fərqanə ilə təsadüfən tanış olduğunu göstərib: “Sonradan bildim ki, Nazəngüldən də nisyə qızıl əşyaları götürüb. Fərqanə pulları ödəmədiyinə görə həm özünə, həm də ailəsinə polisə şikayət edəcəyimi dedim. Şikayət etməyim deyə Fərqanənin valideynləri pulun bir qismini ödəsələr də 20 min manat borclaır qalıb”.

Zərərçəkmiş Nazəngül Əsədova ifadəsində Fərqanə Şükürovanın onun işlədiyi “Lotos” ticarət mərkəzinə gəldiyini, müxtəlif vaxtlarda ondan pulunu 3 ay ərzində ödəməklə nisyə qızıl əşyaları aldığını göstərib: “29 min manat borcu var idi. 25 may, 2012-ci ilə qədər pulların hamısını ödəyəcəyini dedi. Amma nə özü, nə də ki, anası Xuraman telefona cavab vermədilər. Zəng vurub başıma gələnləri Pərvanəyə danışdım. O isə cavabında Fərqanənin onu da aldatdığını, nisyə götürdüyü qızılların pullarını qaytarmadığını dedi.

Fərqanənin yaşadığı evin yerini müəyyən edib onlara getdik. Fərqanənin atası tez bir zamanda pulları ödəyəcəyini vəd etdi. 4500 manat ödədi, yerdə qalanını sonra ödəyəcəyinə söz verdi.

Amma sonradan onlar başqa ünvana köçdüklərinə görə tapa bilmədim. Anasının iş yerinə getdim. Anası Xuraman dedi ki, Fərqanə sizdən götürdüyü qızıllaırn bir hissəsini satıb, bir hissəsini isə lombarda qoyub əldə etdiyi pulla borclaırnı ödəyib. Fərqanənin mənə 15 min manat borcu qalıb”.

Zərərçəkmiş Lalə Xəlilova ifadəsində Fərqanəyə nisyə qızıl-zinət əşyaları verdiyini, sonuncunun ona 14 min manat borcu qaldığını göstərib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan polisi etirazçılara hədə-qorxu gəldi

Next Post

Suriyada daha bir cəbhə açıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Suriyada daha bir cəbhə açıldı

Klinton ABŞ-ı "ağıllı olmağa" səsləyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.