"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

4 diplomatımız İrandan çıxarılıb – “Münasibətlərin gərginləşməsi İranın günahıdır”-Əhməd Obalı

05 May 2023 - 15:11
in GÜNDƏM

Xəbər verildiyi kimi İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib. Musavat.com xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatı ölkədən çıxarılıb.
Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı.
Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı günaz.tv-yə bildirib ki, münasibətlərin gərginləşməsi İran dövlətinin günahıdır:
“Bu, Azərbaycan və İran arasında olan gərginliyin əlavə nümunəsidir.
Bu gərginliyin əsası İran tərəfindən qoyulub və hələ davam edir. İran dövləti Azərbaycan Cümhuriyyəti yarandığı gündən bizə qarşı düşmənçilik edib. İran dövləti Azərbaycanın əleyhinə əlindən gələni edib.
İran Azərbaycanın düşmənlərinə, o cümlədən işğal dövründə Ermənistana yardım edib. İran hətta II Qarabağ savaşı dövründə Ermənistana açıq-aşkar silah yardımı göndərib.
İran bir tərəfdən rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir tərəfdən isə ermənilərin əli ilə işğal olunmuş torpaqlarımızdan istifadə edirdi.
Silah göndərirdi, işğal bölgəsinə səfər edir, hətta əkinçiliklə məşğul olurdular. İranın nəzərində Qarabağ sözdə Azərbaycan torpağı sayılırdı, əslində oranı Ermənistan torpağı hesab edirdilər.
İndi baş verənlər İranın anti-Azərbaycan siyasətinin davamıdır.
Azərbaycan dövlətinin diplomatlarını persona-non-qrata elan edibsə, bunun cavabı olmalıdır. Bu məsələ belə qalmamalıdır. İran başa düşməlidir ki, Azərbaycana qarşı təhdid, terror siyasəti nəticə verməyəcək”.
Əhməd Obalı hesab edir ki, Azərbaycan dövləti baş verənlərə adekvat münasibət göstərəcək: “Azərbaycan prezidenti sübut edib ki, işini bilən siyasətçidir, zamanında hər təxribata lazımi cavabını verib.
Biz Güney azərbaycanlı olaraq kimi bilirik ki, İranın qarşısında nə qədər yumşaq mövqe göstərsən, Tehran bunu dostluq yox, acizlik kimi qiymətləndirəcək.
Buna görə də Azərbaycan möhkəm dayanmalıdır.
İranı yerində oturtmaq üçün Azərbaycan bundan daha ciddi, iradəli mövqe sərgiləməlidir.
İranın Azərbaycanın müxtəlif yerlərində: təhsil və elm müəssisələrində, mediada yuva salmış casus şəbəkəsinə qarşı qətiyyətli olmaq, onları təmizləmək lazımdır.
Haqlı sual doğur: Azərbaycanın səfirliyi Tehranda tam gücü ilə işləmirsə, İranın Azərbaycandakı səfirliyinin burada nə işi var? Azərbaycanın İranda səfiri yoxdursa, nədən İranın burada səfiri var?
O da Azərbaycanda persona-non-qrata elan olunmalıdır. Bu, bizim mövqeyimzidir. Azərbaycan dövlətinin apardığı siyasətə sayğı ilə yanaşırıq.
Əminik ki, ən doğru qərarı onlar özləri verəcək”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Gunaz.tv

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AKP də ləğv olundu

Next Post

Bu tarixlərdə meteor yağışı olacaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Bu tarixlərdə meteor yağışı olacaq

Bu tarixlərdə meteor yağışı olacaq

Kapital Bankda yeni təyinatlar oldu

Kapital Bankda yeni təyinatlar oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.