Quba rayonunun Bərqov kəndində meyiti tapılan 4 yaşlı Fuad Mustafayevin baş nahiyəsində – alnında xəsarətlər olub.
Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov “Report”un Şimal bürosuna bildirib ki, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi (yıxılıb və ya qəsdən öldürülüb) məlum olacaq.
Bərqov kənd sakinlərinin sözlərinə görə, Fuad Mustafayevin meyiti yaşadığı evin hasarının dibində tapılıb.
***
Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.
Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.




