XVII əsrdə bir rus qadının 40 il ərzində 69 uşaq dünyaya gətirməsi hələ də dünyada böyük bir olay kimi yaddaşlarda qalıb.
Axar.az xəbər verir ki, adı bəlli olmayan qadın Feodor Vasilyev adlı bir rusla evli olub. Qadın 16 əkiz, 7 üçüz və 4 dördüz dünyaya gətirib.
Bu geniş ailəyə aid bilgi isə 1783-ci ildə Londonda dərc edilən “Gentelmen maqazin” (“The Gentelman Magazine”) jurnalının 53-cü sayında yayımlanıb.



