40 yaşlı kişi ailə üzvlərini öldürdü – Sonra özü intihar etdi

>

İran paytaxtında ağır cinayət törədilib.

Bunu da oxuyun

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra öz evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Bunun ardınca isə bıçaqla öz boğazını kəsərək intihar edib.

Hadisə qatilin həyat yoldaşının ailə üzvləri onların evinə gəldikdə aşkarlanıb. Qapını döymələrinə baxmayaraq, açılmadığını görən ailə üzvləri polisə müraciət ediblər. Hadisə yerinə gələn polis içəridə 3 nəfərin cəsədini aşkarlayıb.

Cinayətin ailədaxili münaqişədən qaynaqlandığı bildirilib. Polis təhqiqat aparır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728