"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

42 ölkə, 114 şəhər gəzən səyahətçi xanımın hekayəsi

11 Mart 2017 - 09:55
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

28 yaşlı Öznur Dəmirxan Türkiyədə şirkətlərin birində müdir köməkçisi işləyir. Öznur üçün səyahət o qədər önəmlidir ki, hətta dünya xəritəsi tatusu belə etdirib. O, həyat yoldaşı 32 yaşlı Camal ilə birgə məzuniyyətlərdə və bayram tətillərində 42 ölkə və 114 şəhər gəzib. Öznur əsl adrenalin həvəskarıdır. Məsələn üzmə fobiyası olduğu halda suyun ən dərinlərinə baş çəkir. Səyahətçi hətta timsah əti belə yeyib. Ən maraqlısı isə odur ki, Öznur fərqli bir paltarda gəzir.

Elchi.az sey-yah.com-a istinadən bu maraqlı xanımın müsahibəsini təqdim edir:

– Dünyanı nə zaman gəzməyə başlamısınız?

– 2008-ci ildə ilk dəfə xarici dil səviyyəmi artırmaq üçün Londona getdim və orda 3 ay qaldım. Geri qayıdanda dünyanın digər ölkələrini  də gəzib, kəşf etmək istədiyimi anladım. Bu arzumu reallaşdırmağa Litva ilə başladım. Orda bir il yaşadım. Səyahət mənim üçün xoşbəxtlik deməkdir.

– Yəqinki bir ildə Litvanı qarış-qarış gəzmisiniz…

– Litva kiçik bir ölkədir və ən qələbəlik olan şəhərində 500 min insan yaşayır. Dostlarımla avtomobil icarəyə götürüb ölkəni qarış-qarış gəzdik. Estoniya, Belarus, Macarıstan kimi ölkələrə də getmişəm. Təkbaşına 10 ölkə 13 şəhər gəzmişəm. 2009-cu ildən isə həyat yoldaşımla birgə yollardayam.

– Həyat yoldaşınız da sizin kimi səyahət həvəskarıdır?

– Mən həyatına girəndən bəri səyahət həvəskarı olub. İkimizin də heç vaxt maşın və ya ev almaq kimi bir xəyalı olmayıb… Biz səyahət etməyə üstünlük veririk. İnsanlara başımıza gələn hekayələri danışaraq yaşamaq istəyirik.

– Birgə neçə ölkə gəzmisiniz?

– Birgə Avropa, Asiya və Afrikada 32 ölkə və 101 şəhər gəzmişik. O qədər təcrübəni sınaqdan keçirmişik ki… Beş fərqli ölkədə ümumilikdə 33 gün avtomobil icarəyə götürüb səfər etmişik. Balidə günü 10 lirədən  motosiklet icarəyə götürüb palma ağaclarının arasında 490 km məsafə qət etdik. Timsah əti belə yedik. Çox xoşbəxtəm, dünyada pis və təhlükəli yerlərin olmasına inanmıram.

– Sizcə  müharibələrin olduğu ölkələr də yaxşıdır?

– Əgər hardasa müharibə varsa, onun günahkarı bizik…yəni insan… Silah səsləri gələn ölkələrdə belə mütləq görülməsi gərəkən gözəlliklər olduğunu düşünürəm. Dünyada pis bir yer yoxdur.

– Nə cür səyahəti sevirsiniz?

– Tarixi yerləri kəşf etməyi də sevirəm, adrenalin dolu səyahətləri də… Məsələn üzmə fobiyam olduğu halda və heç üzmə bilməsəm də Şarm-Əş-Şeyxdə suyun dərinliklərinə baş çəkmişəm.

– Bəs qorxmadınız?

– Çox qorxdum…10 metr aşağı endim və elə bildim nəfəsim kəsilir, əlim-ayağım titrədi. Suyun altı başqa bir dünya imiş. Akulalara toxundum, inanılmaz idi…

– Langanın (Cənubi Afrikada şəhər) özəlliyi nədədir?

– Bu şəhər 1927-ci ildə salınıb və burada 50 mindən çox cənubi afrikalı yaşayır. İnternetdə axtarış edəndə gördük ki, bura cinayətin ən çox baş verdiyi şəhərlərdəndir. Və xəbərdarlıq edirdilər ki, Langaya getmək təhlükəlidir. Amma vecimizdə də almadıq. İlk olaraq bu şəhəri görmək istədik və yola düşdük. Orda yaşayan uşaqların gəlib əlimə baxması və fərqli bir rəngdə insan görəndə təəccüblənmələri mənə çox xoş gəlmişdi.

– Bloqunuzda insanı ən çox cəlb edən, üzərinə dünya xəritəsi həkk olunan geyiminizdir. Geyimin bir hekayəsi varmı və onu üzərinizdə görən insanların münasibəti necə olur?

– Amsterdamda bazarların birində üzərində dünya xəritəsi olan parçanı görən kimi aldım. Kiçik bir məhəllədə dərziyə apardım və mənə dedi ki bu parçadan ancaq yastıq üzü tikmək mümkündür. İsrarla geyim tikdirdim. Həmin geyimlə öncə İtaliya daha sonra Cənubi Afrikaya səyahət etdim. Geyim İnstagramda “like” rekordu qırdı. Məni yolda görənlər yaxınlaşıb şəkil çəkdirir və xəritənin üstündə ölkələrini axtarırlar. Bir də getdiyim hər ölkədən qlobus alıram. Ayrıca kürəyimdə dünya xəritəsi tatusu var.

– Səyahətlərinizə ümumilikdə nə qədər xərcləyirsiniz?

– Qiymətlər ölkəyə görə dəyişir. İndiyə qədər Avropa ölkələrinə ümumilikdə 3-4 min (1500-2000 AZN), iki həftəlik Asiya və Cənubi Afrika turuna ümumilikdə 10-12 min lirə (4800-6000 AZN) xərcləmişik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan Moskvadan üz döndərir – Səbəb

Next Post

Qarabağ Azərbaycana qaytarılır – Ermənistanı ŞOKA salan Lavrov planı

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Qarabağ Azərbaycana qaytarılır - Ermənistanı ŞOKA salan Lavrov planı

Tiflis gürcüləri AB-dən qaçqınlıq istəməməyə çağırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.