"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

4,5 milyonluq villanın sahibi tapıldı

25 İyul 2014 - 15:53
in MANŞET

Mülkü alan Bayram Səfərov “pul verməmişik, barter eləmişik” dedi; icra başçısından heyrətamiz img1436162cümlələr

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması artıq neçə gündür ki, medianın diqqət mərkəzində olan mövzulardan biridir. Bunun əsas səbəblərindən biri villanın Azərbaycanda tez-tez təsadüf olunmayan bir qiymətə – 4,5 milyon manata satılmasıdırsa, digəri də yeni sahibinin kimliyinin açıqlanmaması idi.

Villanı tanınmış şəxslərdən birinin aldığı bildirilsə də, onun kimliyi gizli saxlanılırdı. Bəzi media orqanlarında villanın yeni sahibinin müğənni Ruhinin olması barədə xəbərlər yayılsa da, bu öz təsdiqini tapmadı. Ruhi azpolitika.info-ya açıqlamasında məlumatı təkzib edərək, ümumiyyətlə, bağ evinin olmadığını, övladları ilə birgə Mərdəkanda kirayələdiyi bağ evində yaşadığını bildirib. Publika.az-a açıqlama verən Tağı İbrahimov özü də villasını R.Əliyevanın almadığını desə də, kimə satmasını açıqlamayıb: “Mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb”.
Azpolitika.info saytının xəbərinə görə, Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin bağ evləri var. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də yayılan məlumatlar sırasındadır. Azpolitika-nın məlumatına görə, 4 mərtəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikilməsi elə kənardan da görünür. Elə buna görə də ATV-dən ayrıldıqdan az sonra villasını satışa çıxaran T.İbrahimov ilkin olaraq bu bağ evi üçün 10 milyon dollar istəyirmiş. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonradan aşağı salınıb. Qonşuluqda yaşayanlardan birinin dediyinə görə, son aylarda villa 6 milyon manata satışa qoyulmuşdu. Bu yaxınlarda isə 4,5 milyona satılıb.
Saytın xəbərinə görə, İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovdur.
B.Səfərov publika. az-a açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib: “Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”. B.Səfərov jurnalistin “Villa almağınız barədə xəbərlər doğrudur” sualına belə cavab verib: “Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur”. Sonra B.Səfərov gülərək deyib ki, həmin villa dəyişdirilib: “Villanı alğı-satqı etməmişik, ”barter” etmişik”.
B.Səfərov “Yeni Müsavat”a açıqlamasında da maraqlı cavabları ilə diqqət çəkdi: “Belə bir villa var, ya yoxdur, kimə nə dəxli var ki? Siz bir paltar, ya ayaqqabı alanda mənə aidiyyəti olurmu? Yaxud başqa bir adamın nəsə almasının kiməsə aidiyyəti varmı?” B.Səfərova söhbətin hansısa ayaqqabıdan deyil, 4,5 milyonluq villadan getdiyini xatırlatdıqda belə dedi: “Bilmirəm 4,5 milyon məsələsini hardan tapıblar. Mənim bir manatım da olmayıb. Yetən ağlına və ağzına gələni danışır. Hər kəs şəraitini yaxşılaşdırır. Mən niyə yaxşı şəraitdə yaşamamalıyam? Mənim yaşım var, ömrüm boyu əzab-əziyyət çəkmişəm, zəhmətlə yaşamışam”. B.Səfərova “bu, sizin villanızdır deyə, xeyir-dua verə bilərik də” soruşduqda cavabı belə oldu: “Çox sağ ol, var ol. Allah sənə də qismət eləsin. Səmimi qəlbdən xeyir-dua verənlərin hamısına qismət olsun”.
 
Cavid TURAN
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputatın qardaşı oğlunun məhkəmə istintaqı yekunlaşıb

Next Post

Hərbi Prokurorluq 980 pozuntu aşkar etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Hərbi Prokurorluq 980 pozuntu aşkar etdi

Ağdamdakı erməni qızları...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.