"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“46 ildir, onun-bunun evində qalıram” – Xalq artisti

26 İyul 2014 - 12:25
in MƏDƏNİYYƏT

“Mütləq prezidentin qəbulunda olacağam” 18988efsdf

Xalq artisti, sevilən aktrisa Nuriyyə Əhmədovanın AzNews.az-a müsahibəsi: 

-Nuriyyə xanım, qəzadan sonra müalicəniz necə gedir, özünüzü necə hiss edirsiniz, həkimlər səhhətinizlə bağlı həkimlər nə deyirlər? 
-Şükür ki, yaxşıyam, ayaq üstəyəm, canım sağdır, gəzirəm. Amma təzyiqim imkan vermir. Məni yaman incidir, haldan-hala salır. Təzyiqin belə olması insan həyatı üçün risklidir. Qalan heç bir yerimdən narazılığım yoxdur. 
-Son vaxtlar xeyli filmlər çəkilir. Sizə film təklifləri olubmu? 
-Olub, özü də çox. Amma mən o dəvətlərin heç birini qəbul etmirəm. 

-Niyə? 
-Sağlamlığım imkan vermir. Səhhətimlə əlaqədar bir müddət səhnədən ayrı qalmaq məcburiyyətindəyəm. Hələlik heç yerə getmirəm. Nə vaxt özümü yaxşı hiss eləsəm, səhnəyə çıxacam. Qorxuram ki, birdən çıxaram təzyiqim qalxar, başım fırlanıb yıxılaram. Daha ondan sonra kimə, nəyə lazımam? Həkim deyib ki, bir müddət gözləməlisiniz. Həyatım naminə onun sözünə əməl etməyə məcburam. Həm də yaydır, mədəniyyət işçilərinin istirahət ayıdır. 

-Avqustun 2-si Kino günüdür. Yəqin ki müxtəlf tədbirlər keçiriləcək. Həmkarlarınızın arasında sizi görməyəcəyik? 

-Yox, inanmıram. Vəziyyətim yaxşı olsa gedərəm. Bütün tədbirlərə dəvət alıram. Bəzən arxamca maşın göndərirlər. Baxıram, ölçüb- biçirəm. Həkimlə məsləhətləşirəm. O, desə ki, get gedəcəm. Yəni, yaxşı yerlərə, könül açan məkanlara. Daha o ürək qıran məkanlara yox. İraq olsun, gündə bir xəbər alıram. Xanım Qafarova öldü, Azər o yandan getdi. Nədir bu? Belə xəbər mənə pis təsir edir. Yaşaya bilmirəm. Onların hər biri mənim tərəf müqabilimdi. Gözümün qabağında olan sənətkarların ölümü dəhşətdir. Çox yaxşı insanlardır. Hamısı da cavan, vaxtsız gedir. İnanın, bunları eşitdikcə mənə pis təsir edir. Nə qədər çalışıram ki, belə tədbirlərdən uzaq olum, olmur. Xəbərin özü belə adamı öldürür. Məndən inciməsinlər, heç efirə də çıxmıram. Boğazımda zob xəstəliyi var. 
-Sizin dövrün sənət adamlarının əksəriyyəti mənzillə təmin olunub. 

Bəs siz niyə diqqətdən kənarda qalmısınız? 
-Bilmirəm, olan budur. Mənə heç kim məlumat vermir. Guya deyilənə görə, nəsə edirlər. Guya prezidentə məktub yazırlar. Başım çıxmır. Olmasa yəqin ki, özüm prezidentin qəbuluna gedəcəm. İstəyirəm ki, prezidentin qəbuluna gedəm. Yəqin ki, mən mütləq onun qəbulunda olacam. Ola bilsin ki, mənim məktublarım ona çatmır. 

-Məktublarınızın taleyi ilə maraqlanmısınız? Nə deyiblər? 
-O, məlum məsələdir ki, məktublarımın heç biri ona çatmır. Prezidentin hər bir sahəyə diqqəti var. Sadəcə məktubları ona kimsə çatdırmır. Amma bilmirəm kim çatdırmır. Yəqin ki bu başqa məsələdir. Mənim evə ehtiyacım var. Bu saat rəfiqəmin evindəyəm. O ev sənin, bu ev mənim. Bu gün birinin evində, sabah bir başqasının evində. Bu nə qədər olacaq axı. 46 ildir ki, mən onun-bunun evindəyəm. Kirayə həyatı ömrümü yedi. Gah yoldaşımın qohumlarının evində, gah da tanış-bilişin. Sənətə gələn gündən ev növbəsindəyəm. Amma nədənsə mənim növbəm çatanda nəsə bir itki, nəsə bir dəyişiklik olur. Nəticədə mən kənara atılıram. 

-Sizcə bunu kim edir? 
-Bir Allah bilir, bir də edən. Çünki istər cənab İlham Əliyev, istərsə də mərhum prezident Heydər Əliyev bilsəydi ki, mən evsizəm, onlar mütləq məni evlə təmin edərdilər. Çünki ulu öndərin mənə qayğısı və diqqəti vardı. Dövlət tərəfindən nə almışamsa, onun imzası ilə verilib. Onun dövründə nə müraciət etmişəm, nə də qəbuluna getmişəm. Özləri verib. Şəxsən işimə, filmlərimə görə. Bu ailə həmişə mənim qayğıma qalıb. Amma bir bu ev məsələsində niyə belə oldu, özüm də bilmirəm. Olur da, bəlkə kimsə nəsə deyir? 

Bəlkə onların özü də inanmır ki, Nuriyyə evsizdir. Amma mən sizin vasitənizlə bəyan edirəm ki, Nuriyyə Əhmədova evsizdir. Mən kimlərin evində kirayə qalmadım!? Daha bezmişəm, bu əziyyətə dözə bilmirəm. Mənim də ailəm var. Yetim böyüdürəm, 16 yaşı tamam olur. Hər dəfə soruşur ki, mən nə qədər kirayələrdə qalacam? 46 il zarafat gəlməsin ey. Bir insan ömrüdür. Mən sənətə gələndə düşündüm ki, yaxşı evim, şəraitim olsun, heç olmasa uşaqlarımı adam kimi böyüdə bilim. “Prezident təqaüdü” alıram. 

Əgər bu olmasa yasaya bilməzdim. Bu dəqiqə şəxsi əşyalarımın yarısı bacımgildə, yarısı qardaşımgildə, yarısı da rəfiqəmin bağındadır. Bircə gün öz evimdə süfrə aça bilməyəcəydimsə, onda bu sənətə, bu dünyaya niyə gəlirdim? Qapılarda qalmaq üçünmü? Kirayələrin sayı yox, hesabı yox. Heç düşmənə də bu həyatı arzulamıram. 

Bahar Rüstəmli
AzNews.az

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

Next Post

Emin Ağalarov ən yaxşı futbolçu seçildi- Fotolar

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Emin Ağalarov ən yaxşı futbolçu seçildi- Fotolar

Xatirə İslam restorandakı hesabdan narazı qaldı – Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.