"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

5 yaşında 5 ürəyə sahib olan uşaq

13 Aprel 2015 - 10:56
in KÖŞƏ YAZILARI

b4hVH68Rx2F0Əfsələddin Ağalarov

Bu iş sizin təxmin etdiyinizdən də çox yorucudur. Həm də çox yorucu.

İnsan bu işlə məşğul olduqca zamanla nə qədər tez qocaldığını kənardan görür. Ağır işdi. Özü qədər məsuliyyətli, özü qədər ağır bir yükün altına girməkdir. Cəsarətdən o tərəfədi. Dalında dayanmaq lazımdır bu işin. Hətda sonun görünsə belə dönməmək lazımdır bu işdən. Bu işin arxasında dura bilməmək həyatında ən çox dəyər verdiyin bir qadına xəyanət etmək qədər aciz duruma düşməkdir. Bu işin adı yazmaqdır.

Yazmaq ciyəri iki qəpik etməyən insanların təhqirləri ilə üzləşməkdir. Yazmaq qarnı burnuna dəyən, “papa”larının adı ilə ad qazanan, haqsızlığı əlində bayraq edib yetimi təpiyi ilə əzən o harınlamışların hədələrinə məhəl qoymamaqdır. Yazmaq evinə aparacığı son çörək pulu əlindən alınan adamın yanında kasıbcasına durmaq və sənə onun yanında durmamaq üçün qucaq dolusu pul təklif edən adamların sinəsindən əlinlə itələmək qədər cəsarət tələb edən bir işdir. Yazmaq qədər çətin peşə yoxdur inanın. Sizin düşündüyünüz qədər asant və bekara iş deyil yazmaq. Bu iş ilahi bir missiyadır.

***

Yadımdan heç çıxmaz, düz 5 il bundan öncə əl sıxışdıq bir gənclə. Əl sıxışdıq ki, bir yola çıxacağıq. Bu missiyanı canımızın imkan verdiyi yerə qədər sürütləyərək də olsa aparmağa söz verdik. Yazmağa söz verdik. Yaratdıq “azxeber.com”u. İki nəfərin cibindən çıxan düz 30 manata.

***

Anamızın, atamızın gecələr durub bizi məzənnət etdiyi o günlər idi. Hamı gecələr yatmamağımızı yalnız bir işlə əlaqələndirirdi. Hesab edirdilər ki, qızlarla çənə döyürük. Hesab edirdilər ki, o qızlarla gecələr ancaq məlum işləri gerçəkləşdirəcəyimiz dəqiqələrdən danışdırdıq. Amma elə deyildi.

Hər gün gecələr normal insanların kimi gecə 12-də yerinə keçib şirin yuxudan məhrum olmağı qəbullandığımız an sevdiyiniz işlə məşğul olduğumuz anlar idi. O gecələr FHN, Təəcili Tibbi yardım stansiyalarına zəng edib xəbərləri ikinci mənbədən dəqiqləşdirməklə məşğul idik. O gecələr hamı yuxda olanda yuxuda olmayanlara xəbərlərimizi çatdırmaqla məşğul idik.

Səhərlər isə çox çətin olurdu bizim üçün. Gecələrdəki yuxusuzluq səhərlər özünü büruzə verirdi. Qəlbimizdə dərsə gecikmək xofu var idi. Zəng edib bir-birimizə “qayıb” yazdırmamağı təkidlə xahiş edirdik. Müəllimlərə yalvar-yaxarla dostuma qayıb yazdırmamaq üçün etdiyim xahişlər hələ də yadımdadı.

O da yadımdadır ki, hamı dəftərini-kitabını açıb imtahan suallarını və ya mühazirədəki qeydləri köçürdüyü zaman ayaqyolu adı ilə çölə çıxıb otağımızın düz bitişiyində olan kompüter otağına şütüyürdük. Tez xəbərləri yerləşdirib bizə gələn şikayətlərə göz atırdıq. Onları bir-bir işləyib sayta yerləşdirirdik.

Amma xoşbəxt idik. Bu günkü kimi.

***

Azxeber.com-u bax belə yaratdıq. Çoxunuzun oxuyub söydüyü, çoxunuzun səbəbini belə bilmədən “unlike” etdiyi, çoxunuzun dəyər verib təşəkkür etdiyi bu layihəni biz belə yaratdıq. Bu gün Hacıbəy Heydərli ilə birlikdə yaratdığımız bu uşağın düz 5 yaşı tamam olur.

İllər sonra aramıza Ozal kimi sədaqətli, Günel kimi bizdən çox öz işinə can yandıran, Azər kimi işini ən yüksək peşəkarlıqla görən, Leyli kimi dostun işinə ürək qoyan insanlar qatıldı.

Məhz bu gün, dünyaya gəldiyi zamanlar eybəcər olduğunu düşünüb üzünü turşudan o kəslərin illər sonra boynu bükük şəkildə etdiyi xahişləri yerinə yetirən bu böyükürəkli, əzabkeş uşağın doğum günüdür. Bəli, bu gün bu körpənin əynində ucuz libaslar olsa belə o hər zaman böyük işlər görən və dimdik ayaqları üstündə dura bilən bir gücdədir.

Məhz bu gün 5 şam yandıracağıq onun üçün. Bizə yazmağı, dostluğu, ailəni, sevməyi, birlikdə olmağı öyrətdiyi üçün.

Bu gün tortumuzun üstündə sizin üçün də bir şam olacaq. Bizi bu 5 ildə tək qoymadığınız üçün tortumuzun üstündəki o şamı “püff” edib sizin yerinizə də söndürəcəyik. Ürəyimizdə tutduğumuz arzumuz isə bəllidir:

“Qoy tanrı bizə daha neçə belə yubileylər qeyd etməyi nəsib etsin. Amin!”

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Əzizov prezidentin tapşırığını saymadı: “Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir” – FOTO+VİDEO

Next Post

Ukraynadan daha bir şok qərar: 25 şəhərin adı dəyişdirilir – (Siyahı)

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Ukraynadan daha bir şok qərar: 25 şəhərin adı dəyişdirilir – (Siyahı)

Dövlət Baxçalı Öcalanı İmralıdan çıxaracağına söz verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.