Avropa.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, 50 min nəfərdən ibarət yeni mühafizə təşkilatının qurulması üçün artıq hazırlıqlara son qoyulub.
İlkin mərhələdə 28500 işçinin işə qəbulu gözlənilir. Daha sonra isə bu say 50 minə çatacaq. Mühafizə polisləri mühüm dövlət əhəmiyyətli obyektləri və dövlətin həssas mərkəzlərini qorumaqla yanaşı şəxslərin mühafizəsini də təşkil edəcək. Bu polislər eyni zamanda idman yarışlarında, konsertlərdə, imtahanlarda və sair kimi tədbirlərdə iştirakçıların təhlükəsizliyini təmin edəcək.
Bütün bunlarla yanaşı həmin polislər digər polislərin sahib olduğu şəxsləri saxlamaq, sənədlərini yoxlamaq, üzərini yoxlamaq, axtarmaq, həbs etmək, silah gəzdirmək və zor tətbiq etmək kimi digər səlahiyyətlərə də sahib olacaqlar.




