"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“50 mini verdim, dedi, “MTN-geyim” yazarsan” – yanan bina işində şok ifadə

27 Oktyabr 2016 - 20:38
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“50 mini verdim, dedi, “MTN-geyim” yazarsan” - yanan bina işində şok ifadə
Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş və şahidlər ifadə verib.
Zərərçəkmiş Ağasəlim Cəfərov ifadəsində yanğın zamanı Bakıda olmadığını deyib.
O, qardaşından xəbər alıb evə gəldiyini, dəymiş zərərin ödənildiyini və heç bir şikayətinin olmadığını deyib.
Məhkəmədə FHN-nin xilasediciləri ifadə verib. Onlar yalnız xilasetmə işlərində iştirak etdiklərini deyiblər.
Prosesdə vəkillər FHN əməkdaşlarına suallar veriblər. Hakim Əfqan Hacıyev isə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənovaya təkrar suallar verməməsi ilə bağlı xəbərdarlıq edib. Bu zaman mübahisə yaranıb. Digər vəkillər də mübahisəyə qarışıb. Ə.Hacıyev vəkillərin şou yaratmağa çalışdıqlarını deyib. 
Məhkəmədə şahid qismində ifadə verən “Global Constuction” MMC-nin direktoru olmuş İlqar Vəliyev deyib ki, o, 2007-ci ildən hadisə baş verən günə qədər MMC-nin direktoru  vəzifəsində çalışdığını deyib.
Şahid yanğından xəbər tutan kimi hadisə yerinə getdiyini deyib: “Yanğın baş verəndə xəbər aldım. Ora gedəndə zəng gəldi ki, MTN əməkdaşları ofisdə axtarış aparır. Yoldan geri qayıtdım. Ofisə gələndə gördüm ki, hər tərəfi mühasirəyə alıblar. Heç kimi içəri buraxmırdılar. Özümü təqdim etdim, içəri keçdim. Bizə ümumi suallar verdilər. Miryusif Mahmudovu özləri ilə aparanda mən də getmək istədim. Dedilər ki, sənə ehtiyac yoxdur”.
Xatırladaq ki, “Global Constuction”MMC-nin təsisçisi olaraq hazırda həbsdə olan Miryusif Mahmudov əvvəlki ifadələrində şirkətin daha bir təsisçisinin, şərikinin olduğunu demişdi. Lakin maraqlı olan digər təsisçinin məsuliyyətə cəlb edilməməsi olub.
İ.Vəliyev digər təsisçi haqda danışarkən deyib ki, yanğından iki həftə əvvəl “Global Constuction” MMC-nin digər təsisçisi işdən çıxıb.
Şahid ifadəsinə bunları əlavə edib: “İşlər ciddi qurulmuşdu. Mən təsisçilərdən asılı olmamışam, sərbəst olmuşam. O ki, qaldı “poliuretan” məhsulunun keyfiyyətinə, bu material 2011-ci ilin əvvəlindən binaların üzlənməsində istifadə olunub. Ofisimiz də, Miryusif müəllimin uşaqlarının oxuduğu məktəb də, Dövlət Sərhəd Xidməti Akademiyasının binası da həmin materialla üzlənib”.
Miryusif Mahmudova olan hörmətlərindən danışan şahid, onun günahsız olduğuna inandıqlarını, gördükləri işin düzgün olduğunu bilərək ölkə rəhbərliyinə 500 nəfər adından müraciət yazdıqlarını da əlavə edib.
Şahid qismində ifadə verən direktor müavini Şahin Kərimov hadisə baş verən zaman ofisdə olduğunu deyib: “MTN əməkdaşları ofisdə axtarış aparırdılar. Yuxarı qalxanda gördüm ki, Miryusif Mahmudovla söhbət edirlər. Ondan əvvəl Miryusif Mahmudov özü mənə demişdi ki, onu MTN-ə çağırıb pul istəyirlər”.
“GlobalStone” və “Global Construction” MMCnin baş mühasibi Vüsal Tağıyev də şahid qismində dindirilib.
O, MTN əməkdaşlarının ofisdəki axtarışdan sonra sənədləri və kompüterləri apardıqlarını deyib. 
Baş mühasib şirkət rəhbərinin 50 min manatı MTN-ə verdiyini açıqlayıb.
Onun ifadəsindən məlum olub ki, M.Mahmudov pulu yanğın hadisəsindən əvvəl – 13 may 2015-ci ildə MTN-ə verib: “Miryusif Mahmudov kassada nə qədər pul olduğunu soruşdu. 50 min manat olduğunu dedim. Miryusif müəllim dedi ki, tez onu götür gəl. Həmin pullar Miryusif müəllimin özünün idi. Pulu verəndən sonra hara xərcləndiyini necə qeyd edəcəyimi soruşdum. Dedi ki, “MTN-geyim” yazarsan”.
Növbəti məhkəmə prosesi oktyabrın 31-nə təyin edilib.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qazın qiyməti qalxacaqmı? – Rəsmi

Next Post

“Report” İnformasiya Agentliyinin 2 yaşı tamam oldu – REPORTAJ, FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Report” İnformasiya Agentliyinin 2 yaşı tamam oldu - REPORTAJ, FOTOLAR

Politoloq “Ermənistanda qırğın olacaq” dedi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.