50 yaşlı kişi ağır xəsarət aldı – Gilas yığırmış

>

Qaxda 50 yaşlı kişi ağacdan yıxılıb.

Bunu da oxuyun

Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 13-də Qax şəhəri 28 May küçəsi ev 7 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Abid İsrafil oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Abid Ağayev gilas yığan zaman ağacdan yıxılıb.

Abid Ağayevə boyun və bel fəqərələrinin sınığı diaqnozu qoyulub. Abid Ağayevə lazımı ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728