53 yaşlı kişi xlorofos içib özünü öldürdü

>

Masallı rayonunda intihar hadisəsi olub.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsayil Kamil oğlu yaşadığı evdə intihar etmək məqsədilə kimyəvi məhlul – xlorofos içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.Lələyevin həyatını xilas etmək mümkün olmayıb. C.Lələyev Masallı rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728