"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

08 Fevral 2016 - 09:19
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Buferi dəyişdirilən maşınlarla bağlı yol polisi və ekspertdən açıqlama – FOTO
Kamran Əliyev: «Avtomobilin modeli eynidirsə, bamperləri və digər bəzi detalları dəyişmək ciddi problem yaratmır»

Ərşad Hüseynov: «Hər konstruksiya dəyişikliyi qadağan deyil»

 

Son vaxtlar dövlət yol polisi əməkdaşları konstruksiya dəyişikliyi adı ilə «Toyota» və «Lexus» markalı avtomobil sürücülərinə qarşı sərt mübarizəyə başlayıb. Buna səbəb isə həmin avtomobil sahiblərinin bəzisinin maşının arxa və qabaq bamperlərini («bufer») dəyişməsidir. Məsələn, təqdim olunan fotolarda gördüyünüz avtomobil 2012-ci ilin «Toyota»sıdır. Lakin sürücüsü həmin avtomobilin bamperini dəyişərək 2014-cü il buraxılışı olan maşınlar üçün nəzərdə tutulan bamper qoydurub.

Model eynidir, amma il fərqi var. Görünüş də kifayət qədər dəyişib. Sürücülər bunu aksessuar dəyişikliyi, yol polisi isə konstruksiya dəyişikliyi kimi qəbul edib sürücüləri cərimələdiyi üçün Avtosfer.az-a çoxsaylı müraciətlər daxil oldu. Biz də məsələni araşdırmaq qərarına gəldik. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, bu məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Bəzi sürücülər isə yol polisi tərəfindən məhz bu detal dəyişikliyinə görə saxlanılarkən bunu sevrisdə etdiklərini bildiriblər. Bütün bunları nəzərə alan DYP «Toyota» və «Lexus»un Bakıdakı rəsmi servislərinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, əgər «Toyota» və «Lexus» markalı avtomobillərdə aksessuarların dəyişikliyi bu şirkətlərin sevrislərində həyata keçirilərsə, o zaman zəmanət verilir: «Bu o deməkdir ki, həmin aksessuarlar, detallar dəyişdirilərkən servisdən arayış alınmalıdır ki, bu dəyişiklik təhlükəsizlik qaydalarına tam uyğundur. Məsələn, bamperin dəyişdirilməsini bəziləri sadə iş sayır. Ancaq bu, o qədər də sadə iş deyil. Çünki qəza baş verərkən bamper maneəyə dəyirsə, dərhal digər sestemlərə də siqnal ötürülür. Məsələn, təhlükəsizlik yastıqlarına siqnal ötürülür və yastıqlar açılır. İndi, bu dəyişikliyi kimsə hansısa sexdə edibsə və qəza baş verəndə də təhlükəsizlik yastığı açılmadısa, kim məsuliyyət daşımalıdır? Servislər özünü sığortalamaq üçün tələb edir ki, həmin maşına dəyişiklik edərkən sevrisdə etsinlər ki, hər şey qaydasında olsun».

Kamran Əliyev bildirdi ki, yol polisinin də belə sürücülərə qarşı mübarizə aparmasında məqsəd təhlükəsizliyi təmin etmək və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısını almaqdır: «Biz də deyirik ki, avtomobilin modeli eynidirsə, bamperləri və digər bəzi detalları dəyişmək o qədər də ciddi problem yaratmır və fərq hiss olunmur. Ancaq bu dəyişikliklər qanun çərçivəsində həyata keçirilməlidir».

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Avtosfer.az-a bildirdi ki, ümumiyyətlə, avtomobilin istənilən detalının, aqreqatının və başqa konstruksiya elementinin əvəzlənməsi konstruksiya dəyişikliyidir. Deməli, avtomobillərin arxa və ya qabaq buferinin dəyişdirilməsi də konstruksiya dəyişikliyi sayılır. Lakin hər konstruksiya dəyişikliyi qadağan deyil. Dəyişiklik o halda qadağandır və məsuliyyət yarada bilər ki, normativ tələblər pozulsun. Arxa və ya qabaq buferin dəyişdirilməsi iki halda normativ tələblər pozulmaqla edilmiş sayılır və sürücünün məsuliyyətini yaradır.

1. Bufer passiv təhlükəsizlik elementidir. Yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması hallarında kinetik enerjini qismən udması üçün xüsusi elastik materialdan hazırlanır. Ona görə də buferin daha sərt materialla əvəzlənməsi (məsələn, metalla), yaxud buferə bu xüsusiyyəti istisna edən metal konstruksiyaların əlavə edilməsi qadağandır və bunu edən sürücü normativ tələbləri pozmaqla konstruksiyaya dəyişiklik etmiş sayıla bilər.

2. Avtomobilin buferləri onun eksteryer detalı sayılır və müvafiq avtomobilin məhz həmin markaya və modelə aid olduğunu təsdiqləyir. Ona görə də buferləri dəyişərkən avtomobilinin həmin marka və modelə məxsusluğunu eyniləşdirməkdə problem yaranmamalıdır. Məsələn, nisbətən köhnə avtomobilin buferini eyni modelin yeni istehsal edilən və bir qədər fərqli dizayna malik buferi ilə əvəzləmək normativ tələbləri pozan konstruksiya dəyişikliyi deyil (bir şərtlə ki, yeni bufer konstruksiyadakı yerinə uyğun gəlsin). Hətta avtomobilin eyniləşdirilməsində hər hansı problem yoxdursa, ona fərqli modelin buferini də qoymaq olar. Əsas şərt odur ki, marka və modeli eyniləşdirməkdə çətinlik olmasın.

Ümumiyyətlə, fərqli buferin markanın və modelin eyniləşdirilməsini çətinləşdirməsi mötəbər mütəxəssis qiymətləndirməsi tələb edir. Çünki bu, bəzən bir qədər incə məsələ olur. Buferin başqası ilə əvəz edilməsi zamanı onun üzərində olan işıq cihazlarının da fərqli olması problem deyil, bir şərtlə həmin işıq cihazları da avtomobilin markasına, modelinə, tipinə uyğun olsun, bu cihazlar konstruksiyadakı yerinə uyğun gəlsin.

Nəzərə almaq lazımdır ki, normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 155.2.2-ci maddəsi ilə 150 manat cərimə nəzərdə tutulur. Bunu yerində aradan qaldırmaq mümkün olmadıqda, belə avtomobil cərimə meydançasına yerləşdirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putinin başı dərddə : İqtisadi böhran ilyarıma xalq üsyanına çevrilə bilər – Hesabat

Next Post

Dünya liderləri Kimə qarşı – BMT-də təcili iclas

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dünya liderləri Kimə qarşı - BMT-də təcili iclas

Tiflisdən Bakıya fiber-optik təhlükə - İnternet trafikimiz Rusiyanın nəzarətinə keçə bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.